34 yaşlı kişi su quyusuna yıxılaraq ölüb - ŞƏMKİRDƏ
16-09-2017 08:48

Vasif Allahverdiyevin cəsədi aidiyyəti üzrə təhvil verilib
Şəmkir sakini su quyusuna yıxılaraq ölüb.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunda 1 nəfər su quyusuna yıxılaraq köməksiz vəziyyətdə qalıb.
Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq dərinliyi 10 metr olan quyudan 1983-cü il təvəllüdlü Allahverdiyev Vasif Şahin oğlunun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:13-də başa çatıb.