​Azərbaycan nazirinin oğlu Türkiyədə dünyasını dəyişdi

Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu dünyasını dəyişib. Bu barədə məlumatı APA-ya ailəyə yaxın mənbə bildirib.
Mənbənin məlumatına görə, nazir Yavər Camalovun oğlu, 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib.
Mərhumun cənazəsi Bakıya sentyabrın 16-da gətiriləcək. Rövşən Camalovun dəfn tarixi hələ dəqiqləşməyib.