Kamal Kılıcdaroğlunun vəkili FETÖ ittihamı ilə saxlanılıb

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunun vəkili həbs olunub.
 
Türkiyə mətbuatının verdiyi xəbərə görə, vəkil Cəlal Çəlik İstanbul Baş Prokurorluğunun FETÖ terror təşkilatı ilə bağlı başladığı cinayət işində şübhəli şəxs kimi saxlanılıb.