Türkmənləri və ərəbləri Kərkükdən qovmaqla hədələyən vali işdən çıxarılıb

İraq parlamenti baş nazirin qərarını təsdiqləyib
 
İraqın Kərkük əyalətinin valisi Nəcməddin Kərim vəzifəsindən azad edilib.
"Anadolu" agentliyi xəbər verir ki, ölkənin baş naziri Heydər əl-İbadi bununla bağlı sərəncam imzalayıb.
İraq parlamenti baş nazirin qərarını təsdiqləyib.
Məlumata görə, N.Kərim İraqın şimalındakı yerli hökumətin rəmzinin Kərkükdə dövlətin inzibati binasının üzərindən asılmasında rol oynayıb. O, ərəbləri və yerli türkmənləri referendumdan sonra Kərkükdən qovmaqla hədləyib.
Xəbərdə bildirilib ki, o, İraqın şimalındakı bölgədə “müstəqillik” referendumunun Kərkükdə də keçirilməsinin təşkilatçılarındandır. Bundan başqa, N.Kərim terrorçu PKK qruplaşmasının üzvü olan 200 silahlını Kərkükdə hərbi bazada yerləşdirməkdə də ittiham olunur.