Axtarış

The search found 105779 results in 0.015 seconds.

Search results

  1. Piyadanı vuran sürücü maşını gizlədib - BAKIDA

    Sürücü saxlanılıb, avtomobil tapılaraq cərimə meydançasına aparılıb
     
    Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
    Zabrat qəsəbsində yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Yaxşı Əliyevanı "Mercedes" markalı avtomobil vurub.

    Muxalifet - 14-09-2017

  2. Tramp Çinə qadağa qoyub

    Buna səbəb kimi ölkənin milli təhlükəsizliyi üçün yarana biləcək risk göstərilib
     
    ABŞ prezidenti Donald Tramp Amerikanın mixrosxem istehsalı üzrə ixtisaslaşan "Lattice Semiconductor Corporation" şirkətinin Çinin "China Venture Capital Fund Corporation Limited" dövlət müəssisəsinə satışı üzrə sövdələşməni əngəlləyib.
    Bu barədə Ağ evin mətbuat katibi Sara Sandres məlumat verib.

    Muxalifet - 14-09-2017

  3. Mingəçevirdə 55 yaşlı qadını maşın vurub

    Yaralının vəziyyəti ağırdır
     
    Gecə saatlarında Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində, Toxuculuq Kombinatı kimi tanınan ərazinin qarşısında qeydə alınıb.
    Həmin prospektdə yaşayan 1962-ci il təvəllüdlü şəhər sakini Rəsulova Kamilə Bəkir qızını yolu keçmək istəyən zaman maşın vuraraq ağır xəsarət yetirib.

    Muxalifet - 14-09-2017

  4. Səudiyyə Ərəbistanı Bəşər Əsədə münasibətini dəyişdi

    "Əsəd ölkənin siyasi gələcəyinə mühüm rol oynayacaq"
     
    Səudiyyə Ərəbistanı Suriya prezidenti Bəşər Əsədin ölkənin siyasi gələcəyində mühüm rol oynayacağı faktı ilə barışıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyadakı yüksək vəzifəli diplomatik mənbələrə istinadən "İzvestiya" nəşri məlumat yayıb.
    Məlumata görə, Əsədin devrilməsinin zəruri olması ilə bağlı məsələ Suriyada vəziyyətin nizamlanması üzrə aparılan qapalı danışıqlarda daha qaldırılmır.

    Muxalifet - 14-09-2017

  5. "Suriyanın parçalanması riski mövcuddur" – BMT baş katibi

    Beynəlxalq ictimaiyyət Yaxın Şərq ölkəsində vəziyyətin nizamlanması üzrə siyasi həll yolu axtarmalıdır
     
    BMT-nin baş katibi Antoniu Quterriş bildirib ki, Suriyanın parçalanması riski mövcuddur.
    TASS xəbər verir ki, onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Yaxın Şərq ölkəsində vəziyyətin nizamlanması üzrə siyasi həll yolu axtarmalıdır.

    Muxalifet - 14-09-2017

  6. ÇL: "Beşiktaş" Portuqaliyada "Portu"nu məğlub etdi

    İkinci oyun günündə E, F, G və H qrupunda yer alan komandalar üz-üzə gəliblər
     
    Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində növbəti matçlar keçirilib.
    İkinci oyun günündə E, F, G və H qrupunda yer alan komandalar üz-üzə gəliblər.
    Türkiyə çempionu "Beşiktaş" mübarizəyə Portuqaliyada "Portu"ya qarşı görüşlə başlayıb. Qarşılaşmada vurulan 4 qolun hamısının müəllifi qonaqlar olub. "Qara qartallar" qollardan 3-nü rəqib, 1-ni öz qapısına vurub.

    Muxalifet - 14-09-2017

  7. Aleksandr Lapşin Azərbaycanı tərk etdi

    Bloqqer Aleksandr Lapşin Azərbaycanı tərk edib.
     
    O, bir qədər əvvəl Heydər Əliyev Beynəlxalq hava limanından Bakı-Tel Əviv reysi ilə İsrailə yollanıb. A. Lapşini anası Bella Lapşina müşayiət edib.

    Muxalifet - 14-09-2017

  8. Kürdəmirdə “Mersedes” KamAZ-la toqquşub – ÖLƏN VAR

    Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.
     
    Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində “Mercedes“ markalı mikroavtobus ilə “Kamaz” markalı yük avtomobilinin toqquşub.
     Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq “Mercedes“ markalı mikroavtobusda sıxılmış vəziyyətdə qalmış sərnişinin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    Muxalifet - 14-09-2017

  9. Bu gün Avropa Liqasının qrup mərhələsinin oyunları başlayır

    Bu gün Avropa Liqasının qrup mərhələsində yeni mövsümə start veriləcək.
     
    12 qrupda yer alan 48 komanda mübarizəyə başlayacaqlar.
     Onların arasında azərbaycanlı azarkeşlərin xüsusi azarkeşlik etdiyi Türkiyənin 2 təmsilçisi də var.
     Onlardan "Başakşehir" Bolqarıstan "Lüdoqorets"ini qəbul edəcək. "Konyaspor" isə Fransada "Marsel"in qonağı olacaq.

    Muxalifet - 14-09-2017

  10. Şimali Koreya növbəti raket sınağına hazırlaşır - NBC

    Şimali Koreya növbəti raket sınağına hazırlaşır.
     
    Bu barədə NBC telekanalı hərbi mənbələrə istinadən xəbər verib.
    Məlumata əsəsən, son 48 saat ərzində start meydançalarında müvafiq işlərin aparıldığı, raket yüklü zirehli texnikanın hərəkəti müşahidə olunub.
    Ötən gün BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib. Sentyabrın 2-də Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib.

    Muxalifet - 14-09-2017

  11. ABŞ prezidenti Çinə səfər edəcək

    ABŞ prezidenti Donald Tramp Çinə səfər edəcək.
     
    RİA Novosti  agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert bəyan edib.
     “Prezident Çinə bu payız səfər etməyi planlaşdırır. Amma səfərin dəqiq tarixi hələ məlum deyil”, deyə H.Noyert bildirib.
     Qeyd edək ki, bundan  əvvəl Honkonqda olan  D.Trampın strateji məsələlər üzrə sabiq müşaviri Stiv Bennon “South China Morning Post” nəşrinə müsahibəsində səfərin noyabr ayında gerçəkləşəcəyini bildirib.

    Muxalifet - 14-09-2017

  12. Bakıda 79 yaşlı kişi intihar etdi - SİRKƏ İÇİB

    Bakıda 79 yaşlı kişi intihar edib.
     
    Xətai rayon sakini, 1938-ci il təvəllüdlü Siyavuş Hidayət oğlu Baxşəliyev yaşadığı evdə intihar məqsədi ilə sirkə turşusu içərək özünü zəhərləyib.
    Xəstəxanaya yerləşdirilən qocaya həkimlər tərəfindən köməklik göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.
    Faktla bağlı Xatai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır./report

    Muxalifet - 14-09-2017

  13. ​ 39 saylı marşrut avtobusu dayanacağa çırpılıb: Sürücü qaçıb

    Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
     
    Trend-in məlumatına görə, hadisə "İnşaatçılar" metro stansiyasının yanında qeydə alınıb.
    39 saylı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində bir qadının ağır yaralandığı bildirilir.
    Sürücünün hadisə yerindən qaçdığı bildirilir.
    Hazırda hadisə yerinə yol polisi əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.
    Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb./teleqraf.com

    Muxalifet - 14-09-2017

  14. “İrəvan Moskvanı şantaj edir” - İsgəndəryan

    Ermənistan Avrasiya İttifaqının tərkibindən çıxmayacaq.
     
    Bunu jurnalistlərə açıqlamasında erməni politoloq Aleksandr İsgəndəryan söyləyib. Onun sözlərinə görə, Ermənistanda İrəvanın Avrasiya İttifaqından çıxacağı ilə bağlı səsləndirilən fikirlər Rusiyaya şantaj xarakteri daşıyır:

    Muxalifet - 14-09-2017

  15. ​“Mən Azərbaycana qayıdanda Saakaşvilidən daha qətiyyətli idim, amma…” – RƏSUL QULİYEV

    “Mişa “bizim Azərbaycanla yaxşı münasibətlərimiz var” deyib, məni Gürcüstana buraxmayacaqlarını bildirmişdi”

    Muxalifet3 - 14-09-2017

  16. İrəvanda ölüm-dirim savaşı başladı: Kremlin reaksiyası…

    Ermənistanın son zamanlar Qərbə son reveransları və Avropa Birliyinin assosiativ üzvü olmaq istiqamətində atdığı addımlar fonunda bu ölkənin Avrasiya İqtisadi Birliyindən çıxacağı, artıq Ermənistanda Serj Sərkisyanın baş nazirliyinə qarşı növbəti etiraz kampaniyasının başlaması, nəhayət, bütün bunların 2018-ci ilin aprelində keçiriləcək parlament seçkilərindən öncə baş verməsi ilə bağlı sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin Axar.az-a müsahibəsini təqdim edirik.
     

    Muxalifet - 14-09-2017

  17. “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər
     
    Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər.

    Muxalifet - 14-09-2017

  18. Şeyximizin Karlovı Varıda biznesi üzə çıxdı

    Allahşükür Paşazadə Çexiyada özünə mülk alıb, böyük biznes qurub
     
    Şeyximizin də kurort cənnəti hesab olunan Karlovı Varıda biznesi var. Bundan əvvəl bir çox azərbaycanlı məmurların da bizneslərini Çexiyaya daşıdıqları haqda məlumatlar yayılıb. Belə görünür ki, şeyx də məmur-oliqarxlardan geri qalmır.

    Muxalifet - 14-09-2017

  19. Yol polisi iş rejimini dəyişir

    Sentyabrın 15-də respublika ərazisində dövlət yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində işləyəcək.
     
    Bu barədə Trend-ə açıqlamasında Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Kamran Əliyev deyib.

    Muxalifet - 14-09-2017

  20. Almaniya-Azərbaycan fondu fəaliyyətini dayandırdı - Maliyyə Nazirliyindən qərar

    1999-cu ildə Azərbaycanda kiçik və orta biznesin kreditləşməsi üçün yaradılmış Almaniya-Azərbaycan fondu (AAF) faktiki olaraq fəaliyyətini dayandırıb.
     
    Bu barədə ölkənin maliyyə bazarındakı mənbə məlumat verib.
    Məlumata görə, AAF və Azərbaycan Maliyyə Nazirliyi arasında imzalanmış müqavilənin müddəti 2015-ci ildə başa çatmışdı. Ötən il şirkət əvvəl verilən kreditlərin yığımı ilə məşğul olub.

    Muxalifet - 14-09-2017

Pages