Axtarış

The search found 105779 results in 0.018 seconds.

Search results

  1. AŞPA həmməruzəçilərindən Mehman Əliyev açıqlaması

    AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Bakıda “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən buraxılmasını alqışlayıb.
     
    Trend-in məlumatına görə, AŞPA həmməruzəçiləri bildiriblər ki, M.Əliyevin azad olunması müsbət bir addımdır.

    Muxalifet - 13-09-2017

  2. ABŞ Türkiyənin düşməninə 90 TIR-lıq hərbi yardım etdi

    ABŞ Deyr əz-Zor əməliyyatı çərçivəsində YPG də daxil olmaqla, Demokratik Suriya Qüvvələrinə (DSQ) 90 TIR-da zirehli "Xammer" avtomobili göndərib.
     
    ABŞ YPG terrorçularına ağır silahlar göndərib.
    YPG təmsilçiləri bildirib ki, ABŞ əməliyyat üçün daha çox silah göndərəcək.
    Qeyd edək ki, Türkiyə hökuməti ABŞ-ın YPG-yə silah göndərməsinə kəskin etirazını bildirir və bunu özünə təhqir hesab edir.

    Muxalifet - 13-09-2017

  3. “Poroşenkonun vəziyyəti yaxşı olmayacaq” - NATİQ MİRİ

    "Saakaşvili Ukraynaya qayıtmaqla bütövlükdə ictimai-siyasi prosesləri intensivləşdirdi”
     
    "Saakaşvilinin Ukraynaya dönməsi və Poroşenko rejiminin bunun qarşısını ala bilməməsi siyasi hakimiyyətin acizliyidir”.
    Muxalifet.az xəbər verir ki, bu sözləri "Şərq”ə açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.

    Muxalifet - 13-09-2017

  4. İsrail “səhfini” düzəltd: PKK terror təşkilatıdır

    “İsrail PKK-nı qəbul etmir və onu terrorçu qrup olaraq tanıyır”.
     
    "Haber7" xəbər verir ki, bu, İsrailin baş naziri Binyamin Netanyahunun ofisindən yayılan açıqlamada vurğulanıb.
    “Terroru hər formada rədd edən İsrail kürd xalqının özlərinə aid dövlət əldə etmək yönündə fəaliyyətini dəstəkləyir. İsrail PKK-nı qəbul etmir və onu terror qruplaşması olaraq tanıyır”, - ofisdən bildirilib.

    Muxalifet - 13-09-2017

  5. ​Sərhədi keçməyə çalışan 102 müsəlman çayda batdı

    Avqust ayının sonundan bu günə qədər Myanmarın Rohingya əyalətindən olan ən azı 102 müsəlman qaçqın Banqladeş sərhədini keçmək istəyərkən ölüb.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, onların hamısı Myanmar-Banqladeş sərhədindəki Naf çayında boğulublar.
    Qeyd edək ki, qaçqınlar nasaz vəziyyətdə olan və həddən artıq yükləndiyi üçün tab gətirməyib batan qayıqlarla sərhədi keçməyə çalışırlar.
    Banqladeş bölgəsinin polis əməkdaşı bildirib ki, cəsədlərdən 7-si tapılıb.

    Muxalifet3 - 13-09-2017

  6. Xanım İbrahimova Azərbaycanın İsveçrədəki səfiri təyin edilib

    Prezident İlham Əliyev sentyabrın 13-də sərəncam imzalayıb
     
    Prezident İlham Əliyev sentyabrın 13-də Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında yeni fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
    Dövlət başçısı İlham Əliyev Xanım Məmməd qızı İbrahimovanı Azərbaycanın İsveçrədəki səfiri təyin edib.
    Qeyd edək ki, X.İbrahimova bundan əvvəl Azərbaycanın Avstriyadakı səfirliyində müşavir vəzifəsində işləyib.

    Muxalifet - 13-09-2017

  7. ​Piyadanı vuran sürücü hadisə yerindən qaçdı - ŞƏMKİRDƏ

    Şəmkirdə avtomobil piyadanı vurub.
    Hadisə Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
    “Mercedes” markalı avtomobil təxminən 20-25 yaşında olan Mübariz Məmmədov adlı şəxsi vuraraq hadisə yerindən qaçıb.
    Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
    Hazırda yol-nəqliyyat qəzasını törədən sürücünün tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir(apa).

    Muxalifet3 - 13-09-2017

  8. ​"Rohinca müsəlmanlarına qarşı zorakılığa son qoyulmalıdır" – BMT-nin BAŞ KATİBİ

    BMT-nin baş katibi Antoniu Quterreş Myanmar hökumətini ölkədə hərbi əməliyyatlara və  rohinca müsəlmanlarına qarşı zorakılığa son qoymağa çağırıb.
    “Reuters” agentliyinin verdiyi xəbərə görə, baş katib bəyan bildirib ki, hazırkı vəziyyət regionu böhrana sürükləyir.
    “Myanmarda humanitar vəziyyət fəlakət həddindədir”, A.Quterreş vurğulayıb. O, qaçqınlara təcili humanitar yardım göstərməyə çağırıb.

    Muxalifet3 - 13-09-2017

  9. ​Bakının mərkəzində polislə əlbəyaxa dava - VİDEO

    Bakının Azneft dairəsində vətəndaşla yol polisi əlbəyaxa olub.
    Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, insidentə səbəb polisin qadağan olunmuş yerdən keçən piyadanı saxlaması olub.
    Cərimə olunması ilə razılaşmayan vətəndaş polisə müqavimət göstərib. Polis həmin şəxsi zərərsizləşdirərək bölməyə aparıb.
    Olayın video-görüntüsünü təqdim edirik.

    Muxalifet3 - 13-09-2017

  10. ​США против референдума в Курдистане

    США выступают против намеченного на 25 сентября референдума о независимости Иракского Курдистана. Об этом заявил в Багдаде в среду спецпредставитель президента США при международной антитеррористической коалиции Бретт Макгурк на встрече с курдским политическим блоком "Движение за перемены "Горан", сообщает ТАСС.
    "Мы потребовали принять резолюцию в курдском парламенте по переносу референдума, - приводит слова Макгурка телеканал Al Mayadeen. - Мы сообщили курдскому Движению за перемены, что Вашингтон против референдума в Курдистане".

    Muxalifet3 - 13-09-2017

  11. ​Yaşlı kişini küçədə linglə döydülər...

    Şəmkirin Seyfəli kəndində yaşlı kişi döyülüb.
    "Report"un Qərb bürosunun məlumatına görə, 65 yaşlı yerli sakin Məhəmməd Quliyev tanışı tərəfindən linglə döyülərək ağır xəsarət alıb.
    İnsidentin hansı səbəbdən baş verdiyi bilinmir. Hadisəni törədən şəxs və ya şəxslər yaşlı kişini ağır vəziyyətdə küçədə qoyaraq oradan uzaqlaşıblar. Yaxınlıqdan keçən şəxslər tərəfindən hadisə yerinə təcili yardım çağrılıb və yaralı xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet3 - 13-09-2017

  12. ​Саакашвили: «Киев надо срочно спасать!»

    Лидер партии «Рух новых сил", экс-глава Одесской областной государственной администрации Михаил Саакашвили намерен в следующий вторник, 19 сентября, прибыть в Киев, сообщает Интерфакс.
    «Я пройду еще по нескольким городам. Потом мы переместимся в Киев. 19 сентября - это день, насколько я слышал, мне кто-то по дороге сказал, день архангела Михаила (я не знаю) - хранителя Киева. Надо Киев срочно спасать!» - сказал он, выступая в Черновцах в среду.

    Muxalifet3 - 13-09-2017

  13. ABŞ Dövlət Departamenti Mehman Əliyevin azad edilməsi qərarını alqışlayıb

    ABŞ Dövlət Departamenti “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azad edilməsi ilə bağlı qərarı alqışlayıb.

    Bu barədə Dövlət Departamentinin sözçüsü Hizer Noyert bildirib.

    Dövlət Departamentinin bu müsbət addımı alqışladığını bildirib və Mehman Əliyevin üzərindən bütün ittihamları götürməyə çağırıb.

    Muxalifet3 - 14-09-2017

  14. ​2024 və 2028-ci illərdə Yay Olimpiya Oyunları bu şəhərlərdə keçiriləcək

    Beynəlxalq Olimpiya Komitəsinin Perunun paytaxtı Lima şəhərində keçirilən sessiyasında 2024-cü il Yay Olimpiya Oyunlarının Parisdə, 2028-ci il Olimpiadasının isə Los-Ancelesdə keçirilməsinə dair rəsmi qərar qəbul olunub.
    "Inside the Games" xəbər verir ki, bunu BOK-un prezidenti Tomas Bax elan edib.
    "Beynəlxalq Olimpiya Komitəsinin eyni zamanda 2024 və 2028-ci illər Yay Olimpiya Oyunlarının paytaxtlarını seçdiyini xəbər verməyə şadam. 2024 və 2028-ci il Oyunları müvafiq olaraq Paris və Los-Ancelesdə keçiriləcək", — deyə Tomas Bax bildirib.

    Muxalifet3 - 14-09-2017

  15. “Mehman Əliyevin azad olunması göstərdi ki, məsələləri daxildə həll etmək mümkündür”

    Deputat Vahid Əhmədov Mehman Əliyevin azad olunmasına görə prezidentə təşəkkür edib

    Muxalifet3 - 14-09-2017

  16. ABŞ diplomatları Sankt-Peterburqdakı avtomobil dayanacağından məhrum edildi

    Amerika diplomatları Sankt-Peterburqdakı avtomobil dayanacağından məhrum ediliblər. Onun yerində piyada keçidi və avtomobillər üçün dairə yaradılıb.
    "Report" xəbər verir ki, dayanacaq Furştat küçəsində yerləşirdi. "Vesti.ru"nun məlumatına görə, yerli sakinlər illərdir həmin dayanacağın ləğv edilməsini xahiş etsələr də, onların şikayətləri bu günə qədər cavabsız qalmışdı.

    Muxalifet3 - 14-09-2017

  17. Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub - NƏTİCƏLƏR

    Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropanın daha 16 güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəyə başlayıb.
    Bu gün E, F, G və H qruplarındakı komandalar meydana çıxıblar.
    İlk turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 22:45-də başladığından qrup mərhələsi eyni anda 8 stadionda start götürüb.

    Muxalifet3 - 14-09-2017

  18. ​Mixail Saakaşvili Kiyevə yollanacağı tarixi açıqladı

    Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili sentyabrın 19-da Kiyevə gedəcəyini bəyan edib.
    Ukranews.com xəbər verir ki, bu barədə M.Saakaşvili Çernovtsı şəhərində çıxış edərkən bildirib.
    “Mən daha bir neçə şəhərə səfər edəcəyəm. Sentyabrın 19-da Kiyevdə olmaq niyyətindəyəm. Həmin gün həm də Kiyevin qoruyucusu Arxangel Mixailin günüdür. Kiyev təcili xilas edilməlidir”, - deyə M.Saakaşvili vurğulayıb.
     

    Muxalifet3 - 14-09-2017

  19. Bakıda qoyun sürüsünü vurduğu üçün sürücü döyülüb - FOTO

    Zərərçəkmişin vəziyyəti ağırdır
     
    Bakının Xəzər rayonunda döyülmə ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Hadisə Qala qəsəbəsində qeydə alınıb.
    1973-cü il təvəllüdlü Şəfiyev Elman Bəhmən oğlu "90-LC-587" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil ilə qəfil qarşısına çıxan qoyun sürüsünü vurub. Nəticədə 10 baş heyvan tələf olub, eyni zamanda avtomobilə ziyan dəyib.

    Muxalifet - 14-09-2017

  20. Rusiyada dünya çempionunu öldürən azərbaycanlı həbs olundu - QİYABİ

    O, beynəlxalq axtarışa verilib
     
    Rusiyada əslən Azərbaycandan olan Xabarovsk sakini Anar Əliyar oğlu Allahverdiyev beynəlxalq axtarışa verilib və barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. O, pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevin ölümünə səbəb olmaqda ittiham edilir.
    RİA "Novosti" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Xabarovsk vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb.
    Allahverdiyev bundan əvvəl federal axtarışa verilib.

    Muxalifet - 14-09-2017

Pages