"Azərbaycan Dağlıq Qarabağ haqqında gücdən danışmaq hüququna malikdir" - Sergey Markov

Rusiya bu gün bütün səviyyələrdə - siyasət, mədəniyyət, vətəndaş cəmiyyəti, turizm və başqa sahələrdə yenilənən Azərbaycan görməlidir
 
"Bu gün Azərbaycan geosiyasi bölgüdə xüsusi yer tutur".
"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" konfransında deyib.
"Azərbaycanın xüsusi iqtisadi və siyasi rolunu nəzərə alsaq,  Dağlıq Qarabağ haqqında güc nöqteyi-nəzərdən danışmaq hüququna malikdir", - S.Markov bildirib.
Ekspertin sözlərinə görə, bu yaxınlarda Rusiyanın və NATO-nun Baş Qərargah rəislərinin Bakıda keçirdiyi görüş rəsmi Bakının geosiyasi bölgüdə xüsusi yer tutduğunun təsdiqidir.
S.Markov qeyd edib ki, Rusiya bu gün bütün səviyyələrdə - siyasət, mədəniyyət, vətəndaş cəmiyyəti, turizm və başqa sahələrdə yenilənən Azərbaycan görməlidir.