Kürdəmirdə “Mersedes” KamAZ-la toqquşub – ÖLƏN VAR
14-09-2017 09:18

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində “Mercedes“ markalı mikroavtobus ilə “Kamaz” markalı yük avtomobilinin toqquşub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq “Mercedes“ markalı mikroavtobusda sıxılmış vəziyyətdə qalmış sərnişinin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.