Tramp Çinə qadağa qoyub

Buna səbəb kimi ölkənin milli təhlükəsizliyi üçün yarana biləcək risk göstərilib
 
ABŞ prezidenti Donald Tramp Amerikanın mixrosxem istehsalı üzrə ixtisaslaşan "Lattice Semiconductor Corporation" şirkətinin Çinin "China Venture Capital Fund Corporation Limited" dövlət müəssisəsinə satışı üzrə sövdələşməni əngəlləyib.
Bu barədə Ağ evin mətbuat katibi Sara Sandres məlumat verib.
Buna səbəblərdən biri kimi ABŞ-ın milli təhlükəsizliyi üçün yüksək riskin olması göstərilib. Qeyd olunur ki, əqli mülkiyyət obyektlərinin xarici alıcılara satılmasından sonra milli təhlükəsizlik təhlükə altına düşə bilər.