Axtarış

The search found 105779 results in 0.027 seconds.

Search results

  1. Deputatdan “26” kafesi ilə bağlı yeni təklif

    Azərbaycan Yazıçılar Birliyinin binasının birinci mərtəbəsində fəaliyyət göstərmiş kafe ilə bağlı məsələ artıq bir neçə gündür ictimaiyyətin diqqətindədir.
     
    Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
    A.Mirzəzadə qeyd edib ki, müxtəlif fikirlər səsləndirilir, uduzan isə ümumən cəmiyyətimizdir. Onun fikrincə, problemin həlli çox sadədir: AYB-nin illik büdəcəsinə dövlət tərəfindən ildə əlavə olaraq 100-200 min manat artıq vəsait ayrılsın.

    Muxalifet - 13-09-2017

  2. “Deyirdim ki, Bərzaninin qurduğu kürd dövlətini tanıyın...”

    Sentyabrın 25-də İraq rəsmən parçalana, Şimali İraq Kürd Müxtariyyəti özünü müstəqil dövlət elan edə bilər. Buna səbəb muxtariyyət rəhbərliyinin həmin gün müstəqillik haqqında referendum keçirmək istəyidir. Şimali İraq Kürd Müxtariyyətinin rəhbərliyi bu məsələdə israrlıdır. Bu referendumdan sonra tarixi türkmən torpaqlarının kürdlərin nəzarətinə keçmək təhlükəsi isə daha böyükdür.
     
    Teleqraf.com bu mövzuda sabiq təhsil naziri, türkoloq alim Firudin Cəlilovla müsahibəni təqdim edir.
     

    Muxalifet - 13-09-2017

  3. "Bu müharibə bitməyəcək" - Felgenhauer

    Heç bir sülhməramlı qüvvə Donbasda hərbi əməliyyatların sona yetməsinə və konfliktin həllinə yardım etməyəcək.
     
    Bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.
    “Sülhməramlılar ATƏT-in müşahidəçilərinin funksiyalarını yerinə yetirirlər. Konflikt tərəfləri atəşkəsi pozmaq istəsə, sülhməramlılar Donbasda heç nə edə bilməyəcəklər. Ukrayna uğrunda sülhməramlılar savaşmayacaqlar. Konflikt davam edəcək”, – deyə o bildirib.

    Muxalifet - 13-09-2017

  4. Model Ağ evin ictimaiyyətlə əlaqələr üzrə katibi təyin edildi

    Houp Hiks Donald Trampın qızı İvanka Trampın modalar evinin mətbuat katibi olub
     
    Keçmiş model, 28 yaşlı Houp Hiks Ağ evin ictimaiyyətlə əlaqələr üzrə direktoru vəzifəsinə təyin olunub.
    BBC xəbər verir ki, o, bir müddət idi həmin vəzifəni müvəqqəti olaraq icra edirdi.
    İnformasiyaya əsasən, H.Hiks ABŞ prezidenti Donald Trampın keçmiş köməkçilərindəndir. O, Trampın bu vəzifəyə təyin etdiyi 4-cü şəxsdir. H.Hiksdən əvvəl Entoni Skaramuççi bu vəzifədə cəmi 10 gün işləyib.

    Muxalifet - 13-09-2017

  5. "Lütfi Zadənin nəşinin Azərbaycana göndərilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir" – Baş konsul

    "Baş Konsulluğumuz görkəmli alim Lütfi Zadənin həyatının son anlarınadək onun səhhəti ilə yaxından maraqlanıb, həm özü, həm oğlu, həm də yanındakı şəxslərlə daim əlaqədə olub".
     
    Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev deyib.
     Baş konsul qeyd edib ki, hazırda Lütfi Zadənin arzusuna uyğun olaraq, onun nəşinin Azərbaycana göndərilməsi ilə bağlı sənədləşmə işləri yekunlaşmaq üzrədir: "Ən yaxın günlərdə professorun nəşinin Bakıya göndərilməsi nəzərdə tutulur".

    Muxalifet - 13-09-2017

  6. 56 yaşlı daun xəstəsi itkin düşüb - BAKIDA

    Bakıda 56 yaşlı daun xəstəsi itkin düşüb.
     
    Paytaxtın Nizami rayon sakini, 1961-ci il təvəllüdlü Qüdrət Sabir oğlu Nəzərovun itkin düşməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında axtarışlara başlanıb.
     Q. Nəzərovun daun xəstəsi olduğu bildirilir.

    Muxalifet - 13-09-2017

  7. “Masallı Rafiq” qulağının qisasını aldı - TİFLİSDƏKİ QƏTLİN TƏFƏRRÜATI

    Gürcüstanda qətlə yetirilən azərbaycanlı avtoritet Elşən Məmmədovun görüntüləri yayılıb.
     
     “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisənin bəzi təfərrüatları üzə çıxıb.

    Muxalifet - 13-09-2017

  8. Gözəl Bayramlı şikayətçidir – Məhkəmə olacaq

    Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı ilə bağlı verilən şikayətə baxılmalıdır.
     
    Bu barədə müdafiə tərəfi məlumat yayıb.
    Məlumatda bildirilir ki, şikayət onun doğmaları ilə telefon danışığına icazə verilməməsi ilə bağlıdır.
    Bir müddət öncə müdafiə tərəfibəyan etmişdi ki, xanım siyasətçinin doğmaları ilə telefon danışıqlarına icazə verilmir.
    Ancaq Ədliyə Nazirliyinin Pentensiar Xidməti bu açıqlamaya hər hansı münasibət bildirməmişdi.

    Muxalifet - 13-09-2017

  9. Hillarİ Klinton yeni kitabında Trampın "külünü göyə sovurub"

    "Mən təkcə Donald Trampa qarşı yarışmırdım. Mən Rusiyanın kəşfiyyat aparatı ilə üzbəüz idim…Bu normal siyasət oyunu deyildi. Bu, başqa söz tapa bilmirəm…müharibə idi", - Klinton yazıb.
     
    "The Telegraph" yazır ki, Hillari Klinton, Donald Tramp kampaniyasına daxil şəxslərin onu ötən il keçirilmiş seçkidə məğlub etdirmək üçün Rusiya ilə sövdələşməyə girdiklərinə "əmindir".
    Məqalədə deyilir ki, bu, xanım Klintondan Trampa qarşı irəli sürülmüş ən ağır ittihamdır. Demokrat namizəd deyib ki, Trampın yaxın çevrəsi Rusiyanın seçkiyə müdaxiləsinə kömək edib.

    Muxalifet - 13-09-2017

  10. Срочное заявление США по Саакашвили: Порошенко приготовится!

    Ситуация вокруг экс-губернатора Одесской области Михаила Саакашвили должна быть решена в плоскости закона а не политических интересов политической элиты Украины.
     
    Об этом сказал спецпредставитель США в Украине Курт Волкер. На странице Саакашвили в Facebook появилось видео интервью Волкера, но без опознавательных знаков СМИ.

    Muxalifet - 13-09-2017

  11. Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirilib

    Həyətə siqaret çəkməyə çıxan azərbaycanlıya yaxın məsafədən 5 dəfə atəş açılıb
     
    Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında yerləşən Novoe Devyatkino kəndində siqaret çəkməyə çıxan azərbaycanlını güllələyiblər.
    Rusiya KİV xəbər verir ki, şahidlər hadisə yerində avtomatdan beş dəfə atəş açıldığını bildiriblər.
    Güllələnən Azərbaycan vətəndaşı Toksa xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Muxalifet - 13-09-2017

  12. DTX və polis Qəbələdə əməliyyat keçirdi - SAXLANILANLAR VAR

    DTX və polis Qəbələdə əməliyyat keçirib.
     

    Muxalifet - 13-09-2017

  13. ​Mehman Əliyev ev dustağı deyil - VƏKİLDƏN AÇIQLAMA

    “Turan” agentliyinin rəhbərinin həbsdən azad edilməsinə reaksiyalar...

    Muxalifet2 - 13-09-2017

  14. Zakir Həsənovun İsrailə məxfi səfəri

    Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İsrailə səfəri davam edir. Xatırladaq ki, ilk dəfədir Azərbaycan müdafiə naziri İsrailə səfər edir və bu səfər yüksək məxfilik şəratində keçir.
     

    Muxalifet - 13-09-2017

  15. ​“Maqnitski qanunu” – sənəd nəyi əhatə edir, kimlərə təhlükədir?

    Son günlər Azərbaycanın gündəmində ən çox müzakirə olunan məsələlərdən biri də ABŞ Konqresinin qəbul elədiyi “Maqnitski qanunu”nun Azərbaycana qarşı tətbiq olunma ehtimalıdır. Deputatların, dövlət rəsmilərinin tez-tez müzakirə etdiyi bu məsələ ilk növbədə ictimai rəydə də narahatlıq doğurur.
    Bəs nədir bu akt? “Yeni Müsavat” Rusiyanın kabusuna çevrilən bu sənədlə bağlı bilinməyən detalları açıb.

    Muxalifet2 - 13-09-2017

  16. “24 il əvvəl Ağdamdan sürgün olunan “Qarabağ” - LONDON MEDİASI YAZIR

    Dünən “Qarabağ”- “Çelsi” oyunundan sonra London mediası bu qarşılaşmanı şərh edib.
     
    Londonun “theguardian.com” saytında oyun haqqında dərc olunan böyük bir məqalədə bu sözlər yazılıb:
    “Bu qədər incə qarşıdurma olmamışdı. “Qarabağ” debütant idi. 24 il əvvəl Ağdamdakı evindən sürgün olunan bu Azərbaycan klubu elitada rəqabət apardığına görə qürur duyur”.
    Məqalədə Qarabağın məğlubiyyət səbəbi də izah olunub:

    Muxalifet - 13-09-2017

  17. ​İsrail Kürdüstanın müstəqilliyini dəstəkləyir

    İsrail kürd xalqının dövlətçilik əldə etmək uğrunda qanuni səylərini dəstəkləyir. Virtualaz.org TASS-a istinadən xəbər verir ki, bunu bugünkü bəyanatında İsrailin baş naziri Binyamin Netanyahu bildirib.
    “Terrorun istənilən təzahürlərinə qarşı çıxan İsrail kürd xalqının dövlətçilik əldə etmək uğrunda qanuni səylərini dəstəkləyir”, - yəhudi dövlətinin hökumət başçısı deyib.
    Bu məlumatı onun dəftərxanası yayıb.

    Muxalifet2 - 13-09-2017

  18. "Qurban Qurbanov dünyaya dərs verdi" – TÜRK MEDİASI

    Türkiyənin “Yeni Şəfəq” qəzeti Qarabağın baş məşqçisi Qurban Qurbanovun “Çelsi” ilə oyundan sonrakı açıqlamasını dünyaya dərs kimi qiymətləndirib.
     
    Qəzet “Qardaş baş məşqçidən Qarabağ dərsi” başlıqlı xəbərində Qurban Qurbanovun oyundan sonra keçirilən mətbuat konfransında “Yəqin ki, Qarabağın tarixini eşitmisiniz. Təəssüf ki, torpağımız işğal altındadır və bu, bizi daha da gücləndirir”, - deməsini diqqətə çatdırıb.

    Muxalifet - 13-09-2017

  19. BMT TŞ Myanmadakı böhranla bağlı fövqəladə iclas keçirəcək

    BMT Təhlükəsizlik Şurası Myanmanın qərbində 370 min Rohinca müsəlmanının qonşu Banqladeşə qaçmasına səbəb olmuş böhranı müzakirə etmək üçün fövqəladə iclas keçirməyə hazırlaşır.
     
    Çərşənbə gününə təyin olunmuş iclas Britaniya və İsveçin təklifi əsasında keçiriləcək. Fövqəladə iclasın keçirilməsi təklifi BMT-nin insan haqları şurasının rəhbəri Zeyd Raad Əl-Hüseynin bazar ertəsi günü çıxışında Ronhinca qaçqınları ilə rəftarı “etnik təmizləmə siyasətinə kitabdan misal” kimi dəyərləndirməsindən sonra verilib.

    Muxalifet - 13-09-2017

  20. Myanmada müsəlman kəndlərinə od vuran kimdir?

    Jonathan Head
    Cənub-Şərqi Asiya müxbiri

     
    Müsəlman kişi Maungdaw bazarında. Jusrnalistlərə bazara yalnız nəzarət altında baş çəkməyə icazə verilmişdi.
     
    Son iki həftə ərzində Raxin ştatından Banqladeşə pənah gətirmiş 300,000 Rohinca insanının hamısı Myanmanın şimal əraziləri olan Maungdaw, Buthidaung və Rathedaung rayonlarından gələnlərdir.
    Bu əraziyə baş çəkmək üçün hökümətdən xüsusi razılıq almaq lazımdır.

    Muxalifet - 13-09-2017

Pages