Axtarış
The search found 105779 results in 0.016 seconds.
Search results
"ABŞ Senatının birbaşa addımı çox önəmlidir" - İSA QƏMBƏR
”Sanksiya qərarı beynəlxalq birliyin alverə qayıtmayacağının çox aydın təzahürüdür”
Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsi Mehman Əliyevin barəsində olan həbs-qətimkan tədbirinin başqa yerə getməmək haqda iltizam tədbiri ilə əvəz olunması barədə vəsatəti təmin edib.
Mehman Əliyev məhkəmə zalından azadlığa buraxılıb.
Meydan TV “Turan”İA-nin direktorunun azad olunmasının səbəbləri ilə əlaqədar Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərə müraciət edib.Muxalifet - 13-09-2017
ABŞ-dan Saakaşvili ilə bağlı Ukrayna prezidentinə məsləhət
Kurt Volker: “Mixeil Saakaşviliyə məhkəmədə vətəndaşlığı uğurunda mübarizə aparmağa icazə verilməlidir”
“Ukrayna prezdenti Pyotr Poroşenko Mixeil Saakaşvili məsələsini dramatikləşdirməkdənsə, ölkənin idarə edilməsi və korrupsiyaya qarşı mübarizə ilə məşğul olmalıdır”.
Bunu ABŞ Dövlət Departamentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kurt Volker deyib.Muxalifet - 13-09-2017
Metro qatarları 2 dəqiqədən bir gələcək
Payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 18-dən metropolitendə qatarların hərəkət qrafiki yenilənəcək.
Muxalifet - 13-09-2017
“Akif Çovdarov günahsızdır” – VƏKİL MƏHKƏMƏDƏ ÇIXIŞ EDİR
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov sədrliyi ilə keçirilən prosesdə sabiq MTN polkovniki Səlim Məmmədovun vəkili Cavid Rzazadə çıxışını davam etdirib.
O, hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu deyib. Vəkil müvəkkilinə bəraət istəyib.Muxalifet2 - 13-09-2017
Sabah “Əsrin müqaviləsi” yenilənəcək
Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak sentyabrın 14-də Azərbaycana səfər edəcək.
Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, səfərin məqsədi "Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişi) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması mərasimində iştirak etməkdir.Muxalifet - 13-09-2017
Üçüncü Maydan başladı – Saakaşvilidən ÇAĞIRIŞ
Bu gün Lvov şəhərində qaldığı mehmanxanadan naməlum istiqamətdə getdiyi deyilən Mixail Saakaşvili tapılıb.
Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, Saakaşvili Çernovtsı şəhərinin mərkəzi meydanında mitinq keçirəcəyini bildirib və əhalini meydana çağırıb.
Siyasətçinin mətbuat katibi Darya Çij jurnalistlərə söz verdi ki, Saakaşvili 13 sentyabr saat 18:00-da Çernovtsının mərkəzi meydanında olacaq.Muxalifet2 - 13-09-2017
Xarici şirkətləri ölkədən qaçıran amillər: böhran daha da dərinləşəcək
Dünyadakı maliyyə böhranı, neft qiymətlərinin kəskin şəkildə ucuzlaşması, manatın iki dəfə devalvasiyaya məruz qalması ölkə iqtisadiyyatını çətin duruma salıb.
Muxalifet - 13-09-2017
Rusiyaya qarşı vahid ordu qurulur – TARİX AÇIQLANDI
Avropa İttifaqı 2025-ci ilə Avropa müdafiə ittifaqını yaratmalıdır.
“Röyters” agentliyi xəbər verir ki, bu haqda Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildirib.
Onun sözlərinə görə, bunu Şimali Atlantika İttifaqı (NATO) da istəyir.Muxalifet2 - 13-09-2017
Ermənistan ordusu Ağdamda hərbi təlimlərə başlayıb
Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından Azərbaycanın işğal altında olan Ağdam rayonuda növbəti irimiqyaslı təlimlərə başlayıblar.
Bağmanlar adlı ərazidə keçirilən təlimlərdə ağır artilleriyadan, zirehli texnikalardan istifadə olunur.
Ağır artilleriyadan aşılan atəş səsləri Ağdamın işğal altında kəndlərində və ətraf Ağcabədi, Bərə rayonlarında aydın eşidilir.Muxalifet - 13-09-2017
“Putin Poroşenkoya tapşırıb ki, məni tutsun” - Saakaşvili
Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili mətbuat konfrası keçirib.
Konfransın görüntüləri Saakaşvilinin rəsmi Feysbuk hesabında canlı yayımlanıb.
O, Ukrayna Prezidenti Petro Poroşenkonu ölkə oliqarxları ilə əlbir olmaqda ittiham edib:
“Poroşenko oliqaraxlarla ölkəni talayır. Onlar demək olar ki, Ukraynanı bölüblər. Mənim həbsim Rusiya Prezidenti Vladimir Putinin tapşırığıdır. Poroşenko məni tutub, Gürcüstana təhvil vermək istəyir”.Muxalifet - 13-09-2017
Ermənistanda 180 vəkil aclığa başladı - VİDEO
Ermənistanda 180 vəkil aclıq aksiyasına başlayıb.
Erməni mediası xəbər verir ki, onların etirazına səbəb məhkəmə və həbsxanalarda aparılan qanunsuz axtarışlardır.
Bununla bağlı Ermənisyanın Vəkillər Kollegiyasının sədri Ara Zöhrabyan məlumat verib.
Aksiyal ilə bağlı qərar kollegiyanın bugünkü iclasında verilib./teleqraf.comMuxalifet - 13-09-2017
General Dadaş Rzayev istefaya göndərildi: yerinə general-polkovnik gəldi
Sentyabrın 12-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib.
İclasda qeyd olunub ki, Respublika Veteranlar Təşkilatının sədri general-mayor Dadaş Rzayevin səhhətində problemlər yaranıb, nəticədə təşkilatın gündəlik fəaliyyətində bəzi məsələləri daha operativ həll etmək baxımından çətinliklər ortaya çıxıb.Muxalifet - 13-09-2017
Almaniya jurnalı: "Merkel Putinin itindən yox, Putin itindən qorxur”
Almaniyanın “Fokus” jurnalı Rusiya Prezidenti Vladimir Putini it adlandırıb.
Bu barədə informasiyanı Rusiyanın Almaniyadakı səfirliyi öz Tvitter səhifəsində paylaşıb. Səfirlik jurnalın dərc etdiyi məqaləni axmaqlıq sayıb.
Qeyd edək ki, jurnal bir müddət əvvəl dərc etdirdiyi məqalədə “Almaniya kansleri Angela Merkel Putinin itindən yox, Putin itindən qorxur” ifadəsinə yer vermişdi.Muxalifet - 13-09-2017
Teatrda aktyoru döydülər, təcili yardım çağırıldı
İrəvan Dövlət Azərbaycan Dram Teatrında dava düşüb.
Bu barədə "Ölkə.Az"a teatrın aktyoru Elçin Hacılı məlumat verib. Onun sözlərinə görə, teatrın texniki işçiləri tərəfindən döyülüb:
"Məni şərləmək istəyirlər. Amma niyə belə etdiklərini bilmirəm. Üç-dörd qadın-Nərminə Ağayeva, Sevinc Hüseynova və tanımadığım başqa qadınlar məni otağa salıb, üstümə cumdular. Nə baş verdiyini anlamadım".
Hadisə vaxtı direktor İftixar Piriyev də teatrda olub. Direktorun üstünə təcili yardım çağırılıb.Muxalifet - 13-09-2017
Tibb universitetində dəyişikliklər: Əhliman Əmiraslanov da vəzifəsini itirəcək
Azərbaycan Tibb Universitetinin (ATU) bir neçə kafedra müdiri yeniləri ilə əvəz olunacaq.
Modern.az xəbər verir ki, bu sırada adları çəkilən Urologiya, Oftalmologiya, Onkologiya, Travmatologiya və Ortopediya, Uşaq cərrahlığı kafedralarının müdirlərinin vəzifədən kənarlaşdırılması gündəmdədir.
Urologiya kafedrasının hazırkı rəhbəri sabiq deputat, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru Sudeyif İmamverdiyevdir. O, 1990-cı ildən ATU-da kafedra müdiri kimi fəaliyyət göstərir.Muxalifet - 13-09-2017
KTMT rəisinin korrpusiya faktları aşkarlandı
Ermənistan müdafiə nazirliyi ucuz təminatdan imtina edərək 4 dəfə baha olan alış edib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, müdafiə nazirliyinin elan etdiyi tenderlərdən birində “Xaçpar” MMC iştirak edib. “Xaçpar” MMC rəhbəri Smbat Balasanyan bildirib ki, 2017-ci ildə ordunun iynə, sapla təminatı ilə əlaqədar keçirilən müsabiqədə iştirak edərək qalib olublar. Daha sonra nazirliyə dəvət edilib. Danışıqlardan sonra qiymətlərdə əlavə güzəşt edilməklə elə həmin gün müqavilə imzalanıb.Muxalifet - 13-09-2017
“Səlim Müslümovu aldadıb, saxta sənədə imza atdırıblar” - DSMF-nin ZƏRDAB ŞÖBƏSİNİN MÜDİRİ HAQDA ŞOK MƏKTUB
Zərdab şəhəri H.Əliyev küçəsi ev 23-də yaşayan Mirzəyev Rövşən Cəfər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif yazır:
“DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevin indiyə qədər yol verdiyi saxtakarlıqlar, korrupsiya əməlləri barədə mətbuatda çıxışlar etmişəm. Müraciətlərimdə göstərdiyim faktların hamısı mötəbər subutlara əsaslanıb. Mən dövlət qanunlarımızı ali tutub, bu korrupsioner məmurun qanunsuz fəaliyətini ictimailəşdirməklə dövlətimizə xidmət edirəm. Bu mənim vətənimizə, dövlətimizə olan borcumdur.Muxalifet2 - 13-09-2017
“Hacıbala Abutalıbov belə vətənpərvərdirsə, öncə gedib o gerbi söksün” - MÜSAHİBƏ
Sərdar Cəlaloğlu: “Şeyxülislam heç bir iş görə bilmir, qaldı ki, oğlu ola...”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu gündəmdə olan məsələlərlə bağlı Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
- Sərdar bəy, neçə vaxtdır Azərbaycanda deyildiniz. Hara getmişdiniz?Muxalifet - 13-09-2017
Bakıda məcburi köçkünlər aksiya keçiriblər
Onlar Nobel prospektində nəqliyyatın hərəkətini məhdudlaşdırmağa cəhd göstəriblər
Ötən gün Xətai rayonunda baş verən yanğın nəticəsində evsiz qalan məcburi köçkünlər etiraz aksiyası keçiriblər.
Sakinlər onlara hələ də harada qalacaqlarının bildirilməməsindən şikayət edirlər.
Hadisə yerinə gələn polis əməkdaşları sakinləri ərazidən uzaqlaşdırıblar.Muxalifet - 13-09-2017
Ərdoğandan ona heykəl ucaldanlara ETİRAZ
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ölkəsində ona büst qoyduran bələdiyyə sədrlərini tənqid edib.
Türkiyə KİV xəbər verir ki, prezident bu haldan narahat olduğunu dilə gətirib. O, “Bəzi bələdiyyələr mənə abidələr, heykəllər qoydurur. Bunu eşidəndə çox dilxor oldum. Dostlar, bu, bizim dəyərlərimizə uyğun deyil. Mən heç bir abidə istəmirəm. Bir də heç kəs belə səhvlər etməsin”-deyib.
Ölkə başçısı onu da əlavə edib ki, bu cür addım onların prinsiplərinə ziddir./qafqazinfo.azMuxalifet - 13-09-2017