Axtarış
The search found 105779 results in 0.019 seconds.
Search results
26 yaşlı gənc özünü asdı – ŞİRVANDA
Şirvan sakini intihar edib.
Şirvan şəhər sakini 1991-ci il təvəllüdlü Rəsulov Ceyhun Rəsul oğlu gecə saatlarında yaşadığı evdə özünü asıb.
Onun asılmış cəsədi qohumları tərəfindən aşkarlanıb.
Meyit müayinə olunması üçün Şirvan morquna aparılıb. İntiharın səbəbləri məlum deyil.
Hadisə Şirvan şəhər prokurorluğu tərəfindən araşdırılır./apaMuxalifet - 8-09-2017
Suriyada 12 min İŞİD silahlısı qalmaqdadır
Suriyanın müxtəlif rayonlarında 12 minədək İŞİD silahlısı qalmaqdadır.
ABŞ-ın rəhbərlik etdiyi koalisiya onlarla mübarizə aparır. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə koalisiya nümayəndəsi polkovnik Rayan Dillon bildirib.
“Hesablarımıza görə, Xoicdə 1000-dən az, Deyr əz-Zorda – 2500, Rəqqada 1500, Mayadindəm Əbu Kamaladək 6-8 minədək İŞİD silahlısı var”, - deyə polkovnik qeyd edib.
ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD-ə qarşı əməliyyatlar keçirir.Muxalifet - 8-09-2017
"İranı Şimali Koreya rejiminin taleyi ciddi narahat edir" - POLİTOLOQDAN AÇIQLAMA
İranın özünün Şimali Koreyanın nüvə proqramına bənzər proqramı var.
İran Şimali Koreya nümunəsini ortaya ataraq dünyaya mesaj verir ki, hər bir dövlətin nüvə siyasətini müstəqil aparmaq hüququ var. Bu mənada Prezident Həsən Ruhaninin Şimali Koreyanı açıq müdafiə etməsi daha çox İranın nüvə proqramına haqq qazandırmaq istəyindən irəli gəlir. Çünki İranın da nüvə siyasəti ilə bağlı planları var.Muxalifet - 8-09-2017
Aygün Kazımovanın konsert afişasından nazirliyin adı çıxarıldı
Gənclər və İdman Nazirliyi konsertinə hazırlaşmaq üçün Aygün Kazımovaya təmənnasız şəkildə Heydər Əliyev adına İdman-Konsert Kompleksində məşq etməyə şərait yaratdı. Bunun qarşılığında afişada belə yazılmışdı ki, konsert İdman və Gənclər Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Biz bunu qəbul edə bilməzdik. Çünki dövlət qurumuyuq. Heç bir konserti maliyyələşdirmirik. Ona görə də xahiş etdik ki, başlıq çıxarılsın.
Bu sözləri mediaya açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova deyib.
O, daha sonra bildirib:Muxalifet - 8-09-2017
Berkli Universiteti Zadə haqda xəbər yaydı
Lütfi Zadə bir çoxunun həyatına təsir göstərərək elmi və texnoloji sahələrə böyük töhfə verib.
Bu fikirlər Kaliforniyanın Berkli Universitetinin Azərbaycanın dünya şöhrətli alimi Lütfi Zadənin vəfatı ilə bağlı yaydığı xəbərdə öz əksini tapıb.Muxalifet - 8-09-2017
Ermənistan Rusiyanı Çinlə əvəz edir...
Çinə birinci rəsmi səfəri zamanı Ermənistanın müdafiə naziri Vigen Sarkisyan Çin silahlarının alınmasında maraqlı olduğunu bildirdi.
Muxalifet - 8-09-2017
Tahir Süleyman “Kürdüstan referendumu”nu izləmək üçün Ərbilə gedir
Azərbaycan Kürdləri Birliyinin sədri: “Bir var ağanın nökərinin nökəri olasan, bir də var birbaşa ağanın nökəri olasan”
Şimali İraq Kürd Muxtariyyəti 25 sentyabrda müstəqillik referendumu keçirməkdə qərarlı görünür. Muxtariyyətin rəhbəri Məsud Bərzani bəyan edib ki, referendum keçiriləcək.Muxalifet - 8-09-2017
“Qaçqinkom” sədrinin həbsdəki nəvəsinin adı ətrafında müəmmalı piar
Əli Həsənov nəvəsinin törətdiyi qəzada ölən Mehdi Əliyevin ailəsinə ev və avtomobil verib; təcridxanada olan nəvə isə “peşmanam” deyib
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəvəsinin törətdiyi avtomobil qəzasında dünyasını dəyişən şəxsin ailəsini təminat altına alıb.Muxalifet - 8-09-2017
39 yaşlı Lənkəran sakini özünü tövlədə asdı
Lənkəranda yerli sakin özünü asaraq intihar edib.
Hadisə rayonun Mamusta kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1978-ci il təvəllüdlü Anar Etibar oğlu Qulamov yaşadığı evin həyətindəki tövlədə özünü iplə asaraq intihar edib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.Muxalifet - 8-09-2017
“Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər hazırlanır
“Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər ediləcək.
Milli Məclisdən Modern.az-a verilən məlumata görə, artıq bununla bağlı layihə hazırlanır.
Layihədə siyasi partiyaların qeydiyyatı, fəaliyyəti və maliyyə hesabatlılığı ilə bağlı bəzi dəyişikliklər əksini tapacaq.
Qanuna ediləcək dəyişikliklər Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.Muxalifet - 8-09-2017
Bərdədə məmur qəzada öldü
Bərdədə ağır yol qəzası baş verib.
Bərdə-Ağdam yolunda “Mercedes E240” markalı avtomobil Bərdə Qan Bankının bölmə müdiri, 1959-cu il təvəllüdlü İbrahim Muradovu vurub. Ağır xəsarət alan bölmə müdiri xəstəxanada vəfat edib.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi açılıb, hadisəni törədən sürücü saxlanılıb.
Qeyd edək ki, İ.Muradovun rəhbərlik etdiyi qan bankı cəbhədə yaralanan hərbçilərin müalicəsində müstəsna rol oynayır./lent.azMuxalifet - 8-09-2017
İctimai Televiziyada işdən kütləvi çıxarılma...
İctimai Televiziyada rəhbərlikdə təmsil olunan 5 şəxs bu gün işdən çıxarılıb.
Axar.az xəbər verir ki, bunlar İctimai Televiziyanın Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri, mətbuat katibi (Akif Cabbarlı), mühafizə xidmətinin rəhbəri və daha iki departament rəhbərinin müavinidir.
Məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şurasının iclasından sonra mediaya bu haqda açıqlama veriləcək.Muxalifet - 8-09-2017
"Qalatasaray" Arda Turanı icarəyə götürüb - İspaniya KİV
30 yaşlı yarımmüdafiəçisi Türkiyə klubunda iki il icarə əsasında çıxış edəcək
Türkiyənin “Qalatasaray” klubu İspaniyanın “Barselona” klubunun futbolçusu Arda Turanı icarəyə götürüb.
Kataloniyanın RAC 1 radiosu xəbər verir ki, Türkiyə yığmasının 30 yaşlı yarımmüdafiəçisi 2 il icarə əsasında İstanbul komandasının formasını geyinəcək.
Daha əvvəl "Barselona"nın baş Ernesto Valverde İspaniya klubu ilə 3 illik müqaviləsi olan Turanın xidmətində maraqlı olmadığını açıqlayıb.Muxalifet - 8-09-2017
"Qətər 13 şərti qeyd-şərtsiz qəbul etməlidir" – KÜVEYT ƏMİRİ
Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyndən Qətərlə bağlı yeni açıqlama yayımlanıb.
Açıqlama Səudiyyənin SPA xəbər agentliyinində yer alıb.
Açıqlama Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah tərəfindən verilib.
Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla brigə mətbuat konfransı keçirən Sabah bu sözləri deyib:
“Qətərin 13 maddəlik şərtdən sonra dialoqa hazır olması haqda açıqlamasını müsbət qiymətləndiririk. Ancaq bildirməliyik ki, bu şərtlər müzakirə olunmur və qəbul olunmalıdır”.Muxalifet - 8-09-2017
Bakının gözləmə mövqeyi Ermənistanda narahatlıq yaradıb
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda planlaşdırılan görüşü qüvvədədir. Ermənistan xarici işlər nazirinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan bildirib ki, görüş güman ki, sentyabrın 20-də keçiriləcək.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşün keçiriləcəyi tarixi açıqlamasa da, Edvard Nalbandyanla işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması məsələsini müzakirə edəcəklərini söylədi.Muxalifet - 8-09-2017
Afrinə nəzarət Rusiyaya verildi
Suriyanın Afrin rayonunun Türkiyə ilə sərhəd ərazisindən Əsəd rejiminin bayraqları yığışdırılıb.
Bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb. Agentlik bu ərazidə yalnız Rusiya bayraqlarının saxlanıldığını bildirib.
Qeyd edək ki, Suriya Afrin bölgəsi Əsəd rejimi və YPG-nin nəzarətindədir.Muxalifet - 8-09-2017
İcra başçısının xanım müavini işdən çıxarıldı
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin xanım müavini işdən azad edilib.
AzVision.az xəbər verir ki, icra başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəxşəndə Rəcəbova təqaüdə göndərilib.
Onun yerinə icra başçısının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin mudiri Zeynalova Zivər Oktay qızı təyin olunub.Muxalifet - 8-09-2017
“Mersedes” 36 yaşlı qadını vuraraq öldürüb - BAKIDA
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Dünən saat 19:30 radələrində Səbail rayonu Salyan şosesində "Mercedes" markalı, 90 OG 758 dövlət nömrə nişanlı avtomobil yolu keçməyə çalışan 36 yaşlı qadını vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.
Faktla bağlı Səbail rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır./lent.azMuxalifet - 8-09-2017
“Guardian”ın yazısından sonra nələr baş verdi – SENSASİON FAKTLAR
Xəbər verildiyi kimi, 2017-ci il sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən Azərbaycanla bağlı sensasion yazı hazırlanıb.
Muxalifet2 - 8-09-2017
“O fındıqbaş məni maraqlandırmır” - Akif Əlidən Lütfi Zadəyə həqarət
Azərbaycanlı alim Lütfi Zadənin artıq Azərbaycanda dəfn olunacağı dəqiqləşib. Onun ailəsi və yaxınları 10 gün müddətinə nəşin ölkəyə gətiriləcəyini bildirib. Alimin hansı məkanda dəfn olunacağı isə hələlik müəyyənləşməyib.
Muxalifet - 8-09-2017