Ərdoğan Qazaxıstana rəsmi səfərə gəlib
8-09-2017 22:51

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana rəsmi səfərə gəlib.
Türkiyə KİV-i xəbər verir ki, prezidentin təyyarəsi Astanada yerli vaxtla saat 17:00-da eniş edib.
Məlumata əsasən, Türkiyə prezidentini Qazaxıstanın investisiya və inkişaf üzrə naziri Jenis Kasımbek, Astana Şəhərinin akiminin birinci müavini Sergey Xoroşun, Türkiyənin Astanadakı səfiri Nevzat Uyanık, Türkiyənin İƏT-də daimi nümayəndəsi Salih Şən və səfirliyin əməkdaşları qarşılayıblar.