​Qasırğanın yaxınlaşır, 700 min nəfər təxliyə edildi - KUBADA

Kubanın şərq bölgəsində “İrma” qasırğasının yaxınlaşması ilə əlaqədar 700 min nəfər təxliyə edilib.
“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, insanlar ölkə ərazisində yerləşən 45 evakuasiya mərkəzi və 39 xüsusi sığınacaqda yerləşdirilir.
Hazırda Kubanın bir sıra bölgələrində güclü küləklə müşayiət olunan leysan yağışları yağır. Sahilboyu ərazilər su altında qalıb. 
Bundan əvvəl  "İrma" qasırğası Karib adalarında 18 nəfərin ölümünə səbəb olub.