Sərnişin avtobusu 67 yaşlı kişini vurdu

Bakıda sərnişin avtobusu piyadanı vurub.
 
Yol-nəqliyyat hadisəsi Nizami rayonunda qeydə alınıb.
 Belə ki, Abbas Muradovun idarə etdiyi 35 saylı marşrut avtobusu 8-ci kilometr bazarının qarşısında yol kənarında dayanmış 67 yaşlı Mehrəliyev Şahmar Xıdır oğlunu vurub. Ş.Mehrəliyev ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
 Faktla bağlı araşdırma aparılır.