Maşın vuran qadın həkimlərə yıxıldığını deyib

Zərərçəkmiş sınıq xəsarətləri xəstəxanaya daxil olub
 
Bakının Sabunçu rayonunda piyadanı maşın vurub.
37 yaşlı Cabbarova Zülfiyyə Aqşin qızı sınıq xəsarətləri ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
O həkimlərə hamam otağında yıxılaraq xəsarət aldığını bildirib. Tibb işçiləri faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat veriblər. Polis əməkdaşları müəyyən ediblər ki, Z.Cabbarovanı Maştağa qəsəbəsində minik avtomobili vurub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisəni törədən sürücünün axtarışına başlanılıb.