"Mübarizəmiz hakimiyyət uğrunda deyil, Azərbaycan naminədir" – ARİF HACILI

Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan Vardenis (Ermənistan) – Ağdərə (Dağlıq Qarabağ) avtomobil yolunun açılışında iştirak ediblər.
 
Bu məsələyə sərt təpki göstərən Müsavat başqanı Arif Hacılı öz “Facebook” səhifəsində bu sözləri yazıb.
“Sarkisyan Vardenis-Ağdərə yolunun açılışında iştirak edib.
Bu yalnız 116 km. avtomobil yolu deyil.
Bu Ermənistanla Qarabağ arasında daha bir dəhlizdir.
İşğalçı hərbi birləşmələrin çevik hərəkətini təmin etmək üçün yeni bir imkandır.
Qarabağın işğaıdan azad edilməyəcəyinə növbəti mesaj,
Azərbaycana, ilk növbədə Azərbaycan hakimiyyətinə qarşı hörmətsizlikdir, təhqirdir. Ermənistan Laçın, Kəlbəcər və başqa rayonlarımızı məskunlaşdırır, ərazilərimizdən Ermənistana komunikasiyaları durmadan artırır. İşğalçı tərəf bu işləri görməklə Qarabağı işğalda saxlamaq üçün əlavə arqumentlər qazanır.
Gündən – günə həm hərbi, həm də diplomatik sahədə təşəbbüsü itiririk.
Azərbaycan hakimiyyəti isə Qarabağda baş verənlərlə bağlı qətiyyətlə susur.
Əvəzində bütün dövlət resursu siyasi opponentlərin sıradan çıxarılmasına, cəmiyyətin kölə vəziyyətinə salınmasına yönəlib.
Dövlətçiliyimiz üçün təhlükəli olan bu siyasətin durdurulması üçün mübarizə güclənməlidir.
Çünki, mübarizəmiz hakimiyyət uğrunda deyil, Azərbaycan naminə mübarizədir.”