Azərbaycan Gürcüstana daha bir helikopter göndərdi

Gürcüstan Hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaheti regionunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə daha bir helikopter göndərib.
 
Nazirlyin Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri avqustun 30-da havaya qalxın və yaxın saatlarda qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək.