Vəkil Əfqan Muxtarlı ilə görüşüb

Vəkil Elçin Sadıqov Əfqan Muxtarlı ilə görüşüb.
 
Vəkilin bildirdiyinə görə, Əfqan Muxtarlının səhhətindəki problemlər hələ də qalmaqdadır. Onun ürəyindəki ağrılarla bağlı heç bir müayinə aparılmayıb, hansı ki, dəfələrlə müraciət edilib. Vəkil bildirir ki, Ə.Muxtarlının  yenə də şəkəri yüksəkdir və  qan təzyiqində problemlər var.
Sabah saat 15.00 da Apellyasiya Məhkəməsində, Ə.Muxtarlının həbsinin ev dustaqlığı ilə əvəz edilməsi vəsadətinin təmin olunmaması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılacaq.