"Kəşfiyyat idarəsi hökumətin əlində olmalıdır" – ƏRDOĞAN
29-08-2017 13:00

Kəşfiyyatın idarə edilməsi hökumətin əlində olmalıdır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı qeyd edib ki, əgər hökumət ölkənin kəşfiyyat qüvvələrini idarə etməsə, bu, ciddi problemlərə gətirib çıxaracaq:
“Dünyanın bütün böyük ölkələrində kəşfiyyatın idarəsi hökumətlərin əlindədir”.
Qeyd edək ki, avqustun 25-də Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qəbul edilmiş qərara dəyişikliklərə əsasən, Türkiyə Kəşfiyyat Xidməti Prezident Administrasiyasına tabe olacaq.