Polis cibgir qadını yaxaladı - 390 MANAT OĞURLAYIB...

Quba rayon sakininin cibindən pul oğurlayan qadın tutulub.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 19-da rayon sakini Elçin Fərhadovun cibindən 390 manat pul oğurlamaqda şübhəli bilinən Amsar kənd sakini Aynurə Lalayeva saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.