Axtarış
The search found 105779 results in 0.014 seconds.
Search results
Həbsdə olan NİDA üzvü Ali Məhkəməyə müraciət edib
İşə yaxın günlərdə baxılacaq
Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın barəsində olan məhkəmə qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.
Ali Məhkəməyə təqdim edilən şikayətdə E.Qəhrəmanlı barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
İşə yaxın günlərdə baxılacaq.Muxalifet - 23-08-2017
Azərbaycan Ukraynadan mal ətinin idxalını artırıb
Bu il Ukraynanın dondurulmuş və soyudulmuş ət ixracının 22%-i Azərbaycanın payına düşüb
Ukrayna bu ilin yanvar-iyul aylarında 64 mln. dollar məbləğində təzə və soyudulmuş mal əti ixrac edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə (30 mln. dollar) iki dəfə çoxdur.
Bu, "Ukrayna Aqrar Biznes Klubu" assosiasiyasının məlumatında qeyd edilib.
2016-cı il ərzində ölkədən 82,8 mln. dollarlıq məhsul tədarük edilib.Muxalifet - 23-08-2017
29 yaşlı qadın bıçaqlandı - XAÇMAZDA
Xaçmaz rayonunda bıçaqlanma faktı qeydə alınıb.
Hadisə rayonun Yalama kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Faruxanova Vəfa Cazib qızı bıçaqlanıb.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadın əməliyyat olunur.
Yalama Polis Bölməsindən bildirilib ki, hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri aparılır.
Faktla bağlı araşdırmalar davam etdirilir.Muxalifet - 23-08-2017
Dənizkənarı Parkda dənizdən naməlum qadın meyiti tapılıb - FOTO
Avqustun 8-də, saat 15.00 radələrində Səbail rayonu ərazisində Dənizkənarı Milli Parkda dənizdən üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, meyiti tapılan şəxsin əlamətləri belədir: boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qara.
Meyit aşkar edilərkən qulağında qızıl sırğa, əynində yaşıl kofta və uzun ətəkli qara don olub.Muxalifet - 23-08-2017
Qarailanın ratsiya danışığı ələ keçdi: "Bizi dovşan kimi ovlayırlar"
Türkiyə mediası PKK rəhbəri Murad Qarailanın ratsiya vasitəsi ilə apardığı danışıqları yayıb.
Türkiyə Silahlı Qüvvələrinin (TSK) avqustun 3-dən 21-dək 98 terrorçunu məhv etməsi PKK liderini hədsiz əsəbiləşdirib.
Türkiyə təhlükəsizlik xidməti tərəfindən deşifrə edilən və kod adı Camal olan Murad Qarailan PKK üzvlərini taktiki bacarıqsızlıqda günahlandırıb, "Bunun cəzasını çəkəcəksiniz" deyə onları sərt tənqid edib.
Murad Qarailan Türkiyə sərhədləri daxilində olan terrorçulara söylədikləri belə olub:Muxalifet - 23-08-2017
Bayram Kürdəxanılını maşınla vuran şəxs Ağamirzənin qohumudur - FOTO
Bayram Kürdəxanılını maşınla vuran şəxs Ağamirzə Məmmədovun qohumu olub.
Bu barədə Ağamirzə Məmmədov mərhumun yasında məlumat verib. O, bildirib ki, qəzanı törədən Ramin Fərhadov onun qardaşının qaynının qohumudur.
“Bayram tamam başqa insan idi. Onu uşaqdan böyüyə hər kəs çox sevirdi. Xəbər yayılandan telefonuma hətta Rusiyadan dayanmadan zənglər gəlir. Heç kim inanmaq istəmir. Allah rəhmət etsin. O, çox yaxşı insan idi”.
Meyxanaçı xəbəri eşidən kimi dərhal xəstəxanaya getdiyini deyib:Muxalifet - 23-08-2017
Əgər erməni xalqı məhv olmaq istəyirsə Sarkisyan qalsın... – Ovannisyan
Sərkisyan Yeltsin nümunəsini izləsin və hakimiyyətdən getsin.
Bu sözləri Ermənistan Politoloqlar Şurasının sədri Amayak Ovannisyan deyib.
“Mən xristianam və həqiqətən Sərkisyana görə narahatam. Yeltsin nümunəsini izləyərək hakimiyyətdən getməlidir. Bütün qəlbimlə istəyirəm ki, o sülh və qan tökülmədən özünün hakimiyyət müddətini başa vursun”, - Ovannisyan bildirib.
Erməni politoloq Serj Sərkisyanın apreldə hakimiyyətdən getməyəcəyi halda bunun ciddi fəsadlarının olacağını açıqlayıb:Muxalifet - 23-08-2017
"Rusiya bundan qalib çıxmayacaq" – “Stratfor”
Rusiyanın Qərb 2017 hərbi təlimi Ukraynanın işğalı üçün nəzərdə tutulmayıb.
Bu iddia ilə ABŞ-ın “Stratfor” analitik şirkəti çıxış edib.
“Rusiya həmçinin Belarusda daimi bazalarını yerləşdirib, onu da işğal etməyi planlaşdırmır. Minsk Moskvanın müttəfiqidir. Onun anneksiyasından Rusiya qalib çıxmayacaq. Üstəlik, Ukraynanın şərqindəki konfliktə Moskvanın birbaşa müdaxilə etməməsi ona daha ucuz başa gəlir. Ona görə də Moskva birbaşa hərbi konfliktlərə qoşulmaq fikrində deyil”, – deyə şirkət bildirib./axar.azMuxalifet - 23-08-2017
Jirinovski terrora dəstək verib - HESABAT
Ukraynanın Baş Prokurorluğu terrorun maliyyələşdirilməsində şübhəsi ilə bağlı Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə qarşı hesabat hazırlayıb.
Bu barədə Baş Prokurorluğun rəsmi saytında məlumat yerləşdirilib. Hesabatda qeyd olunur ki, Jirinovski 2014-cü ilin mart-aprel aylarında qondarma Donetsk və Luqansk respublikalarına maliyyə yardımı təşkil edən qrup yaratmış və rəhbərlik etmişdir.Muxalifet - 23-08-2017
“Traktor”un Tehran fəthi davam edir – Qələbə
Təbrizin “Traktor” futbol komandası Tehranın “Saypa” klubunu səfərdə məğlub edib.
Tehranın Dəstgerdi stadionunda baş tutan oyun 0:2 hesabı ilə Azərbaycan klubunun xeyrinə başa çatıb.
“Traktor”a qələbə qazandıran qolları 74-cü dəqiqədə Məhəmməd Rza Azadi, 90-cı dəqiqədə Mehdi Kiyani vurub.
Qeyd edək ki, maliyyə və transfer böhranına görə ağır günlər keçirən “Traktor” komandası ötən turda Tehranın “Neft” klubunu 2:1 hesabı ilə məğlub edib.Muxalifet - 23-08-2017
Kələntəryan əməliyyatı: Kreml Bakı siyasəti ilə nələr itirir?
Erməni lobbisinin Rusiyada böyük güc olması artıq faktdır. Belə ki, şimal qonşumuzun mədəni həyatından tutmuş kütləvi informasiya vasitələrinə qədər hər yerdə bu lobbi üzvü olan və ya onunla sıx əlaqə saxlayan çox sayda şəxs tapmaq mümkündür. Bu lobbinin belə sıx yayılmasına əsas təsir göstərən amillərdən biri də Rusiyanın müəyyən dövrlərdə ermənilərdən Qafqazda öz təsir vasitələri üçün istifadə etmələri olub.
Muxalifet - 23-08-2017
Ramil Quliyev hərbi salam verməsinin səbəbini açıqladı
Türkiyəni təmsil edən yüngül atletika üzrə dünya çempionu Ramil Quliyev mükafatlandırma mərasimindən əvvəl İstiqlal marşı oxunan zaman hərbi salam verməsinin səbəbini açıqlayıb.
İdmançı bunu Türkiyədə PKK terrorçuları tərəfindən öldürülən 15 yaşlı Ərən Bülbülün şəhid olmasına görə etdiyini bildirib.
“Mükafatlandırma mərasimindən əvvəl terrorçuların 15 yaşındakı qardaşımızı şəhid etdiyini öyrəndim. Bu, çox üzücü xəbər idi. Bütün dünyanın diqqətini çəkmək üçün əsgər salamı verdim. Qazandığım medalı onun xatirəsinə həsr etdim”, - Ramil Quliyev deyib.Muxalifet - 23-08-2017
DİN-dən Lerikdəki dəhşətli qətllə bağlı AÇIQLAMA
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Lerik rayonunda baş vermiş cinayət hadisəsi ilə bağlı birgə məlumat yayıb.
DİN-dən verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayonunda törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb.Muxalifet - 23-08-2017
Əfqan Muxtarlının şikayəti təmin edilmədi
Jurnalist Əfqan Muxtarlının barəsindəki həbs-qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı Nəsimi rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə baxılıb.
Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə Əfqan Muxtarlının şikayəti təmin edilməyib.
Qeyd edək ki, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.Muxalifet - 23-08-2017
Faytonçu Nazim onu xəstə salan həkimi polisə verdi
Bir müddət öncə ölüm xəbəri yayılan müğənni Faytonçu Nazim Pişyari onu əməliyyatla pis hala salan "ElMED" klinikasının həkimi Elman Əzimov barədə hüquq-mühafizə orqanlarına şikayət edib.
Muxalifet - 23-08-2017
Gözəl Bayramlının apellyasiya şikayətinə baxılıb
Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb
Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması barədə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, G.Bayramlının apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.Muxalifet - 23-08-2017
50 yaşlı kişi elektrik cərəyanı vurmasından ÖLÜB - BƏRDƏDƏ
Bərdə rayonunda 50 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə rayonun Xanağalı kəndində baş verib.
Kənd sakini Bəhmən Şəmdinov elektrik naqillərinin bərpası ilə məşğul olarkən ehtiyatsızlıqdan əlini 10 min votluq elektrik xəttinə vurub. Nəticədə o, hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 23-08-2017
""Satılır" qadağası ilə bağlı açıqlamanı mən yaymamışam” - Kamran Əliyev
Bir neçə gündür ki, mətbuatda avtomobillərin üzərində "satılır” elanının yazılmasının qadağan edilməsi ilə bağlı müzakirələr gedir. Qeyd edək ki, belə bir açıqlama Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin adından yayılıb.
Ekspertlər isə bu qadağaya etiraz edərək, bunun hər hansı hüquqi əsasının olmadığını bildiriblər. Belə ki, şəxsin öz maşınını satması kommersiya fəaliyyəti hesab olunmadığından "Reklam haqqında" qanunun tələbləri ona şamil oluna bilməz.Muxalifet - 23-08-2017
Qaçqın məktəblərinin "OŞ" pulu bəlası — İDDİA
Dərs ilinin başlamasına az qalıb.
Valideyinlərin qayğısı övladlarına paltar, dərs ləvazimatı almaqdırsa, müəllimlərin də qayğısı "OŞ pulu"dur.
"Ölkə.Az"-a Bakı şəhərində yerləşən köçkün Ağdam məktəblərində işləyən bir qrup müəllim onlardan qanunsuz pul yığıldığı barədə məlumat veriblər.
Müəllimlərin bildirdiyinə görə, hər il sentyabrda Ağdam məktəblərindən hər müəllimdən 50-100 manat arası "OŞ pulu" yığılır.
OŞ nədir?Muxalifet - 23-08-2017
ABŞ kəşfiyyatının rusiyalıların internet trafikinə çıxışı var - RUSİYADA QORXU!
Rusiya hakimiyyəti düşünür ki, ABŞ xüsusi xidmət orqanlarının rusiyalıların internet trafikinə çıxışı ola bilər.
“Vedomosti” qəzetinin verdiyi məlumata görə, bu səbəblə hökumət mobil operatorları bu trafiki Rusiya kənarından ölkə içərisinə yönəltməyə məcbur etmək istəyir.Muxalifet - 23-08-2017