Suriya müxalifəti Əsədlə bağlı məsələni müzakirə edəcəklər

Müzakirələri Ər-Riyadda baş tutacaq
 
Suriya müxalifəti bazar ertəsi, avqustun 21-də Bəşər Əsədlə bağlı məsələnin müzakirəsinə başlayacaq.
 “RİA Novosti” xəbər verir ki, ölkə müxalifətinin Ər-riyad, Qahirə və Moskva platformalarının müzakirələri Ər-Riyadda baş tutacaq.
Qeyd edək ki, müxalifət 2011-ci ildən Əsədin istefasını tələb edirlər. Ər-riyad görüşü sentyabrda Jenevada baş tutacaq danışıqlar öncəsi müxalifətin ümumi fikrə gəlməsi məqsədi ilə keçirləcək.
Görüş iştirakçıları Əsədin gələcək prezidentliyinə öz münasibətini bəyan edəcəklər.