Axtarış

The search found 105779 results in 0.012 seconds.

Search results

  1. Eldar Namazov yeni siyasi təşkilat yaradır? — AÇIQLAMA

    Azərbaycanın sabiq prezident köməkçisi, “Azərbaycan Naminə” İctimai Mərkəzin rəhbəri Eldar Namazov yeni siyasi təşkilat yaradır.
     
     “Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, yeni yaradılacaq təşkilat 2018-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə hesablanıb.
    Eldar Namazova yaxın olan mənbə bildirib ki, hazırda sözügedən təşkilatın yaradılmasına hazırlıq işləri görülür.

    Muxalifet - 17-08-2017

  2. AND Hərəkatanının Turan-a dəstək bəyanatı

    Turan agentliyinə qarşı yeni təzyiq kampaniyası hakimiyyətin acizliyinin yeni göstəricisidir.
     
     Bu barədə AND Azərbaycan Siyasi Mühacirlər Hərəkatının bəyanatında deyilir.
    Bu gün Turan agentliyinin mətbuat bülletenlərinə Bakıda fəaliyyət göstərən bütün səfirliklər abunəçidir. XİN-in mətbual xidməti belə Turan agentliyinin xəbərlərinə abunəçidir.

    Muxalifet - 17-08-2017

  3. İran Ermənistanla ticarət əlaqələrini genişləndirir

    Erməni nazir: “İranla iqtisadi əlaqələri inkişaf etdirməyə çox böyük əhəmiyyət veririk”
     
    “İranla Ermənistan arasında ticarət əlaqələri inkişaf etdiriləcək”.
    İran KİV-inə istinadən xəbər verir ki, bu fikir İslam Respublikasının Azad Ticarət Zonaları Şurasının katibi Əkbər Torkanın başçılıq etdiyi nümayəndə heyətinin Yerevanda Ermənistan iqtisadi inkişaf və investisiya naziri Suren Karayanla görüşdə vurğulanıb.

    Muxalifet - 17-08-2017

  4. DİN-dən artan intiharlara özünəməxsus ŞƏRH

    Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə ölkədə baş verən intiharlarla bağlı yayılan statistik açıqlamalara münasibət bildirib.
     

    Muxalifet - 17-08-2017

  5. Azərbaycanda şəkər inhisarçılarına zərbə?

    Azərbaycanda uzun illərdir inhisarda olan sahələrdən biri-ölkəyə şəkər idxalında vəziyyət radikal şəkildə dəyişib.
     
    Dövlət Gömrük Komitəsi ölkəyə bu ilin 6 ayı ərzində ötən ilin bütün dövrü ilə müqayisədə 18 dəfə çox şəkər idxal olunduğunu açıqlayıb.

    Muxalifet - 17-08-2017

  6. Bu il hansı universitetlər tələbələrini yataqxana ilə təmin edəcək? - SİYAHI

    Ali məktəblərin əksəriyyətinin yataqxanalarında məcburi köçkünlər məskunlaşıb
     
    Ali məktəblərə ixtisas seçimi yekunlaşıb və sənəd qəbulu başlayıb. Ali təhsil müəssisələrinə qəbul olunanlar arasında ailəsi regionlarda yaşayan gənclərin də sayı kifayət qədərdir. Bu da həmin tələbələrin mənzil problemini gündəmə gətirir. Çünki rayonlardan gələnlərin əksəriyyətinin kirayədə qalmağa maddi imkanı olmur. Bəzi ali təhsil müəssisələri isə müxtəlif səbəblərdən öz tələbələrini yataqxana ilə təmin edə bilmirlər.

    Muxalifet - 17-08-2017

  7. “Avropa İttifaqı adından bir dövlət təlimat verməməlidir” – Türkiyəli nazir

    Ömər Çelik: “Bu ittifaqın təməl prinsipinə təhqirdir”
     
    “Avropa İttifaqı adından bir dövlət təlimat verməməlidir”.
    "Haber7" xəbər verir ki, bunu Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik Almaniya kansleri Angela Merkelə cavabında bildirib.

    Muxalifet - 17-08-2017

  8. ​Tanınmış politoloq həmsədrləri 3 meymuna bənzətdi: "Görmürəm, eşitmirəm, danışmıram..."

    Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistanın baş naziri Karen Karapetyanın işğal altındakı Kəlbəcər rayonu ərazisində mineral su istehsal edən zavodun açılışında iştirak etdiyi ərazinin başqa yer olduğunu bildirir.

    Muxalifet2 - 17-08-2017

  9. Ağdaş sakini həmyerlisni bıçaqla öldürüb

    Ağdaş rayon sakini həmyerlisi tərəfindən bıçaqlanaraq öldürülüb.
     
    Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, hadisə rayonun Qəribli kəndində baş verib.
    Belə ki, həmin kəndin sakini Sahib Həsənov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
    Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi Cabir Səfxanov tutulub.
    Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

    Muxalifet - 17-08-2017

  10. "Qarabağ" "Kopenhagen"in şikayətinə münasibət bildirib

    Əmrah Çəlikəl: UEFA futbolçumuzu cəzalandırsa, apellyasiya verəcəyik
     
    “Maksim Medvedevlə bağlı UEFA-ya şikayət etmək “Kopenhagen”in hüququdur”.
    Bunu “Qarabağ” klubunun icraçı direktoru Əmrah Çelikəl Danimarka təmsilçisi “Kopenhagen”in Çempionlar Liqasının “pley-off” mərhələsinin ilk oyununda sonra komandanın kapitanı Maksim Medvedevlə bağlı UEFA-ya şikayət etməsinə münasibət bildirərkən deyib.

    Muxalifet - 17-08-2017

  11. Qurban bayramı namazının vaxtı açıqlanıb

    Azərbaycanda Qurban bayramı namazının vaxtı müəyyənləşib.
     
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən verilən məlumata görə, bayram namazı sentyabrın 1-də saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.
     Qeyd edək ki, bu il Qurban bayramı 1, 2 sentyabr tarixlərində qeyd olunacaq.

    Muxalifet - 17-08-2017

  12. Gözəl Bayramlı və Əfqan Muxtarlının həbs müddəti uzadıldı

    Bu gün, avqustun 17-də Nəsimi Rayon Məhkəməsində vicdan məhbusları Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə bağlı məhkəmə prosesləri keçirilib.
     
    Prokurorluğun təqdimatı əsasında keçirilən prosesdə hər iki məhbusun barəsində istintaq dövrü üçün seçilmiş həbs qətimkan tədbiri daha 2 ay uzadılıb.

    Muxalifet - 17-08-2017

  13. Rusiya ordusu Belarusa daxil oldu - VİDEO

    Rusiyanın hərbi texnikası Belarusa daxil olub.
     
     Virtualaz.org “Xartiya” nəşrinə istinadən xəbər verir ki, təqdim edilən videoda qara rəngli, “RUS” yazılmış dövlət nömrə nişanlı onlarla “Ural” markalı yük maşınından ibarət kolonun keçdiyi görünür.
    Üstü bağlı olan maşınlar Belarus Silahlı Qüvvələrinin 72-ci Birləşmiş təlim mərkəzinin yaxınlığında meşəyə daxil olublar.
    Kolon Belarusun DAM avtomobilləri tərəfindən müşayiət olunub.

    Muxalifet - 17-08-2017

  14. İstanbulda 7.7 bal gücündə zəlzələ olacaq – PROQNOZ

     “Mərmərə dənizində yaxın gələcəkdə gücü yeddi baldan daha yüksək olan zəlzələ baş verəcək”.
     
    Türkiyə KİV-i xəbər verir ki, bunu Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun rəhbəri Haluk Özener deyib.

    Muxalifet - 17-08-2017

  15. Dünya Bankı hakimiyyəti günahlandırır

    Dünya Bankı (DB) Azərbaycan hökumətinə özəl sektorun kreditləşdirilməsi üzrə yeni mexanizm hazırlamağa kömək etməyə hazırdır.
     
    Bunu  müsahibəsində bankın Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Hassan Naqvi deyib.
    Onun fikrincə, hökumət biznesin kreditləşdirilməsi ilə məşğul olmamalıdır: “Ümumilikdə maliyyə sektoru kreditləşdirmə haqqında qərarı müstəqil olaraq özü qəbul etməlidir”.

    Muxalifet - 17-08-2017

  16. ABŞ “Bank Standard”ın auditorunu böyük məbləğdə cərimələdi

    Dünyanın aparıcı 4 audit şirkətindən ikisi KPMG və PwC müstəqil nəzarəti həyata keçirərkən yol verdikləri nöqsanlara görə cərimələnib.
     
    Rusiya KİV-ləri xəbər verir ki, KPMG 2011-ci ildə neft-qaz şirkəti olan “Miller Energy Resources”in auditini keyfiyyətsiz apardığına görə ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə komissiyası tərəfindən 6,2 mln. dollar (4,8 mln. funt sterlinq) məbləğində cərimələnib. Məlumata görə, KPMG “Miller Energy Resources”in bəzi aktivlərinin dəyərinin 100 dəfə şişirdilməsi faktına diqqət yetirməməkdə günahlandırılır.

    Muxalifet - 17-08-2017

  17. Gənc fəallar polisə çağırıldı

    Avqustun 17-də Demokratik Gənclər Təşkilatının rəhbəri İsmayıl İslamoğlu, Azad Azərbaycan Təşkilatının sədri Ağaşirin Tarverdioğlu, gənc fəal Dəyanət Babayev Bakı Baş Polis İdarəsinə dəvət edilib
    Muxalifet.az xəbər verir ki, bu barədə "Amerikanın Səsi"nə Dəyanət Babayev bildirib.

    Muxalifet - 17-08-2017

  18. AXCP sədri haqda sensasion iddia – “PREZİDENT ADMİNİSTRASİYASINDAN MALİYYƏLƏŞDİRİLİR...”

    “Kərimliyə ən böyük maddi dəstək Prezident Administrasiyasındakı bəzi məmurlar tərəfindən verilir”

    Muxalifet2 - 17-08-2017

  19. İran Suriyada "sovet raketləri" buraxan zavod tikir

    "The İndependent" yazır ki, İsrailin EROS-B peykini idarə edən imageSat agentliyi Suriya ərazisində Sovet tipli Skad raketləri zavodunun tikildiyini göstərən görüntüləri yayıb.
    İsrail mediası xəbər verir ki, Latakiya yaxınlığında Suriya hökümətinin nəzarətində olan sahil zolağında tikilməkdə olan bu zavod Tehrandakı raket zavoduna bənzəyir.
    Ekspertlər bildirirlər ki, belə bir mükəmməl zavod İran mütəxəssislərinin iştirakı olmadan heç cür tikilə bilməzdi.

    Muxalifet - 17-08-2017

  20. Şirvanda 36 yaşlı kişi bıçaqla qətlə yetirilib

    Şirvan şəhərinə qətl hadisəsi baş verib.
     
    Şəhər sakini, 33 yaşlı Yaşar Malik oğlu Məmmədov münaqişə zəmnində həmyerlisi, 36 yaşlı Əvəz Kərim oğlu Əliyevi biçaqla vuraraq qətlə yetirib.
    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

    Muxalifet - 17-08-2017

Pages