Axtarış

The search found 105779 results in 0.023 seconds.

Search results

  1. "Qəbələ" - "Qalatasaray" matçı olacaq

    Oyun milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə müddətində keçiriləcək
     
    "Qəbələ" və Türkiyənin "Qalatasaray" klubları arasında yoldaşlıq görüşünün təşkili üçün danışıqlara başlanılıb.
    "Sabah" qəzetinin verdiyi məlumata görə, matçın sentyabrın 2-də və 3-də keçirilməsi planlaşdırılır. Həmin vaxt milli komandaların oyunları ilə əlaqədar çempionatlarda fasilə yaranacaq.

    Muxalifet - 17-08-2017

  2. Saxalində azərbaycanlı ermənini öldürüb

    Rusiyanın Saxalin vilayətində avqustun 15-də 37 yaşlı Azərbaycan vətəndaşı 51 yaşlı Ermənistan sakinini döyüb öldürüb.
     
    Rusiya KİV xəbər verir ki, qətl milli zəmində yox, qısqanclıq zəminində baş verib. Belə ki, erməni bir neçə il əvvəl narkotik alverinə görə həbs olunanda azərbaycanlı onun birgə yaşadığı qadınla görüşməyə başlayıb. Həmin qadının ermənidən iki uşağı olub.

    Muxalifet - 17-08-2017

  3. “Kim istəyirsə, qonaqlıq verə bilərəm”- Aqil Abbas

     ““Qarabağ” dünən adına layiq oyun nümayiş etdirdi. Nəyi gözləyirdiksə, o da oldu”.
     
    Bunu AzVision.az-a millət vəkili Aqil Abbas "Qarabağ" klubunun “Kopenhagen” üzərindəki qələbəsini şərh edərkən deyib.

    Muxalifet - 17-08-2017

  4. “Moskva İrəvanı Qarabağla cəzalandıracaq” - sensasion gözlənti

    Rusiya nəşri: “Ermənistan riskli oyuna girib, özünü dalana salıb”; İrəvanın xarici siyasətdə iki və daha çox “stulda oturmaq” siyasəti ona baha başa gələ bilər - şimaldan hədə gəldi; Rusiya baş naziri düşmən ölkəyə gedir; Medvedyev nankor müttəfiqə hansı mesajı aparır?..
     

    Muxalifet - 17-08-2017

  5. Axtarışda olan azərbaycanlı Rusiyada tutuldu

    İnterpol xətti ilə axtarışda olan şəxs Rusiyada tutulub.
     
    Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 2015-ci ildən Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1977-ci il təvəllüdlü Rəvan Əliyev Rusiyada həbs edilərək Azərbaycana ekstradisiya olunub.
    Hazırda Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır./apa

    Muxalifet - 17-08-2017

  6. "Barselona" Arda Turanın QİYMƏTİNİ AÇIQLADI

    "Barselona" "Qalatasaray"ın transfer etmək istədiyi Arda Turanın transfer qiymətini müəyyənləşdirib. Kataloniya klubu türk futbolçunu satmaq istəyir.
     
    Bildirilir ki, "Barselona" Ardanı icarəyə vermək istəmir və transferi üçün 25 milyon avro tələb edir. Klub rəhbərliyi ilə görüşən menecer Ahmet Bulut heyətə düşə bilməyən futbolçunun bir illik icarəyə verilməsini istəyib. Amma "Barselona" rəhbərliyi buna razılaşmayıb və 25 milyon avronun ödənilməsini tələb edib. (fanat.az)

    Muxalifet - 17-08-2017

  7. PKK-PYD terrorçuları Türkiyəyə müharibə ELAN ETDİLƏR – ABŞ-ın təlimatıyla

    ABŞ-ın silah-sursat və hərbi təlimlə dəstək verdiyi PYD (PKK terror təşkilatının Suriya qanadı –red.) Suriyanın şimalındakı “Fərat Qalxanı” bölgəsinə hücum etməsi üçün yeni bir təşkilat qurub.
     
    Türkiyənin “Yeni Şəfəq” nəşri xəbər verir ki, 14 avqust 2017-ci il tarixində Tel-Abyadda qurulan “Kuvvet-i Suvvar” bölgədə olan qüvvələrə döyüş elan edib.
    ABŞ təşkilata on minlərlə döyüşçünün qatılması barədə təlimat verib. Təşkilatın məqsədi isə bölgədə olan Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunu hədəf almaqdır.

    Muxalifet - 17-08-2017

  8. Polkovnik: "10 günə Qarabağı azad etmə tapşırığı..."

    Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün qarşıdakı aylarda baş tutacağı barədə verilən açıqlamalar çox keçmədi ki, təkzib edildi. Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan da bu günlərdə belə bir görüşün yeri və vaxtı ilə bağlı konkret məlumatın olmadığını bildirdi.
     

    Muxalifet - 17-08-2017

  9. Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər edib

    Daha bir xarici jurnalist Dağlıq Qarabağa qanunsuz səfər edib. Modern.az xəbər verir ki, fotojurnalist Emanuele Amigettinin məqaləsi və çəkdiyi fotolar Britaniyanın “Huck” jurnalında dərc olunub.
     
    Fotojurnalist iyun-iyul aylarında regionda olub və aprel döyüşlərindən sonra Qarabağdakı erməni hərbçilərinin əhval-ruhiyyəsini əks etdirməyə çalışıb. Emanuele Amingettinin Azərbaycan XİN-nin icazəsi olmadan Dağlıq Qarabağa getdiyi bildirilir.

    Muxalifet - 17-08-2017

  10. Bakıda həbsxanada DAVA

    Bakı şəhərindəki cəzaçəkmə müəssisəsində məhkumlar arasında dava-dalaş baş verib.
     
    Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.
    Məhkumlar arasında baş verən qarşıdurmada 32 yaşlı İsrail Vəliyev məhkum yoldaşı, 24 yaşlı Firqət Abbasova xəsarət yetirib.
     Faktla bağlı araşdırma aparılır./apa

    Muxalifet - 17-08-2017

  11. Radiostansiyada insanlar girov götürülüblər - HOLLANDİYADA

    Naməlum şəxs binaya daxil olub və yolüstü qarşısına çıxanalara hədə-qorxu gəlib
     
    Hollandiya KİV-ində Hilversyum şəhərində 3FM radiostansiyasının binasında insanların girov götürülməsinin mümkünlüyü barədə yazı dərc olunub.
    Bu barədə  "Reuters"ə istinadən xəbər verir.
    KİV-in məlumatına görə, polis radiostansiyanın ofisinin yerləşdiyi binanı mühasirəyə alıb. İnsidentlə bağlı məlumatlara baxmayaraq, radionun yayımı davam edir.
    Məlumata görə, naməlum şəxs binaya daxil olub və yolüstü qarşısına çıxanalara hədə-qorxu gəlib.

    Muxalifet - 17-08-2017

  12. Arvadını döyən kişinin qulağını kəsdilər - AĞDAŞDA

    Ağdaş rayonunda arvadın qohumları kürəkənin qulağını kəsiblər.
     
    Hadisə rayonun Kotanarx kəndində baş verib.
    Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nurəddin Nuru oğlu Qədirov həyat yoldaşı ilə dalaşaraq onu döyüb. Bunu eşidən qadının qohumları onların yaşadığı evə hücum edərək N.Qədirovu bel sapı ilə döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Bununla kifayətlənməyən qohumlar N.Qədirovun bir qulağını kəsiblər.
    Ağır bədən xəsarətləri alan N.Qədirov Ağdaş  Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Muxalifet - 17-08-2017

  13. Vidadi Zeynalov apellyasiya şikayəti verib

    İşə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılcaq
     
    Əvvəlki Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
    Apellyasiya şikayəti artıq məhkəməyə təqdim olunub.
    V.Zeynalov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
    İşə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılcaq.

    Muxalifet - 17-08-2017

  14. Ana iki azyaşlı övladı ilə itkin düşüb - BAKIDA

    Bakıda ana iki azyaşlı övladı ilə birgə itkin düşüb.
     
    Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan 1982-ci il təvəllüdlü Asudə Məcidova və onun övladları - 2015-ci il təvəllüdlü Lalə Məcidova və 2016-cı il təvəllüdlü Mədinə Məcidovanın itkin düşmələri barədə polisə məlumat daxil olub.
     Daxil olan məlumat əsasında axtarışlara başlanıb.  /apa

    Muxalifet - 17-08-2017

  15. AXCP fəalının apellyasiya şikayəti təmin edilmədi

    Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Təşkilatının üzvü Fuad Əhmədlinin 4 il azadlıqdan məhrum edilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
     
    Avqustun 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda qərar çıxarıb.

    Muxalifet - 17-08-2017

  16. “Rusiyaya qarşı sanksiyalar Ermənistana təsir edəcək” – Apa Papyan

    “Rusiyaya qarşı sanksiyalar Ermənistana təsir edəcək”, - “Ermənistan xəbərləri” portalı xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında “Modus vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan deyib.
     
    Qeyd olunur ki, Ermənistan Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına daxildir və müvafiq olaraq, sanksiyaların təsirsiz ötüşməsi real deyil. Çin və İranla münasibətlərin inkişafı ilə bağlı deyilənləri şərh edərkən Papyan bildirib ki, bunu Ermənistan təkbaşına həll etmir və Avrasiya birliyindəki üzvlüyü yada salıb.

    Muxalifet - 17-08-2017

  17. Hollandiyada Radioya hücum edən kişi tutuldu

    Naməlum şəxs Şimali Hollandiya əyalətinin şərqindəki Xilversyum şəhərində 3FM radiosunun binasına hücum edib və qadını girov götürüb.
     
    Bu barədə "Röyter" yerli NOS telekanalına istinadən xəbər yayıb.
    Telekanalın yaydığı xəbərə görə, naməlum kişi ofisə daxil olub, oradakıları hədələyib və bir qadını girov götürüb. Polis radiostansiyanın ofisini mühasirəyə alıb. Binadan 50 metr aralıda çanta və bıçaq tapılıb. Hadisə yerinə xüsusitəyinatlılar cəlb edilib.
    Bir qədər sonra naməlum kişi həbs edilib. Qadın zərər çəkməyib.

    Muxalifet - 17-08-2017

  18. Ateist alimdən Allahın varlığı ilə bağlı İNANILMAZ ETİRAF

    Entoni Flü adlı fəlsəfə üzrə professorun elmi kəşfi bütün dünyanı lərzəyə gətirdi. Flü etiraf etdi ki, ateizm (allahsızlıq) insanlığın ən böyük yanlışıdır.
     
    Professor Flü vaxtilə ateizmi elmi cəhətdən ən güclü şəkildə təbliğ edən elm adamı olub. Alim onilliklər boyu yazdığı kitablar, böyük auditoriyalar qarşısında söylədiyi mühazirələrlə Allahın varlığını elmi yolla inkar etməyə çalışıb.

    Muxalifet - 17-08-2017

  19. Özünü asan erməni əsgər Abbasın intihar SƏBƏBİ

    3 gün öncə hərbi hissədən evlərinə qaçıb özünü asan erməni ordusunun əsgəri Abbas Sloyanın intihar səbəbi məlum olub.
     
    Ermənişünas İsmayıl Tanrıverdinin bildirdiyinə görə, əslən yezidi kürd olan əsgərin adı Abbas oldugu üçün ona istehza edən 7-8 erməni hərbçisi tərəfindən qəddarcasına döyülüb.
    İsmayıl Tanrıverdi bildirib ki, qorxudan hərbi hissəni tərk edərək evlərinə qaçan Abbas Sloyan çıxış yolunu özünə sui-qəsddə görüb:
    “Davam edən istintaqın ədalətli olub-olmayacağı isə bəlli deyil”.

    Muxalifet - 17-08-2017

  20. Nail Allahverdiyev özünə yeni vəkil tutub

     Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəkili dəyişib.
     
    Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov işdən kənarlaşıb. Bundan sonra N. Allahverdiyevin hüquqlarını vəkil Muxtar Mustafayev müdafiə edəcək.
    M. Mustafayev xaricdə olduğunu və bu işlə bağlı danışmaq istəmədiyini bildirib.

    Muxalifet - 17-08-2017

Pages