“Stratfor”: Rusiya Avropa ilə yalnız hibrid savaşı apara bilər

ABŞ-ın “Stratfor” analitik şirkəti Rusiyanın Avropaya necə müdaxilə edəcəyi ilə bağlı proqnozlarını açıqlayıb.
 
Şirkətin proqnozuna əsasən, Avropada Rusiya işğalı üçün əsas risk zonalarını Baltikyanı, Balkanlar, Mərkəzi və Cənubi Avropa təşkil edir. Rusiyanın bu bölgələrə adi qaydada hərbi müdaxiləsi inandırıcı deyil. Həmin regiondakı dövlətlər NATO üzvləri olmaqla bərabər bəziləri Rusiyadan çox uzaqda yerləşir. Rusiya burada hibrid müharibəsi, təbliğat manipulyasiyası və kiberhücumlar taktikasından istifadə edə bilər./axar.az