Qaxda 28 yaşlı oğlan özünü asıb

Qax rayonunda intihar faktı qeydə alınıb.
 
Bu gün saat 04.00 radələrində rayonun Əmbərçay kənd sakini, 28 yaşlı Elman Elşad oğlu Camalovun meyiti yaşadı evin həyətyanı sahəsindəki yardımçı tikilidən asılı vəziyyətdə aşkarlanıb. Elman Camalovun intihar etdiyi müəyyənləşib.
 Faktla bağlı Qax rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.