Axtarış

The search found 105779 results in 0.141 seconds.

Search results

  1. ABŞ Çinlə “iqtisadi müharibə” vəziyyətindədir – Ağ Ev

    ABŞ Çinlə “iqtisadi müharibə” vəziyyətindədir.
     
     “RT”-nin verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin strateji məsələlər üzrə müşaviri Stiven Bennon bəyan edib.
     “Biz Çinlə “iqtisadi müharibə” vəziyyətindəyik. İkimizdən birimiz 25 və yaxud 30 ildən sonra heqemon dövlətə çevriləcək. Biz bu yolda ilişib qalsaq, heqemonluq onlara nəsib olacaq. Məğlub olmağa davam etsək 5-10 ildən sonra bərpası mümkün olmayan həddə çatacağıq”, deyə S.Bennon qeyd edib.

    Muxalifet - 17-08-2017

  2. Filarmoniya “Akademik” status alacaq

    M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusu verilib.
     
    Nazirlər Kabineti bununla bağlı “M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusunun verilməsi haqqında” qərar qəbul edib.
     Mədəniyyət və Turizm Nazirliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bu qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

    Muxalifet - 17-08-2017

  3. ""Biq Ben" susmamalıdır" – BAŞ NAZİR

    Böyük Britaniyanın Baş naziri Tereza Mey "Biq Ben" saat qülləsinin dörd il müddətinə təmirlə əlaqədar “susması”nın düzgün olmadığını bildirib.
     
    Ölkə parlamenti qüllənin uzunmüddətli təmirə dayandırılması məsələsinə yenidən baxa bilər.
    Qeyd edək ki, bir müddət əvvəl "Biq Ben"də 2021-ci ilədək təmir-bərpa işlərinin aparılacağı barədə məlumat verilmişdi.

    Muxalifet - 17-08-2017

  4. Üç mesencer birləşdirildi - Yeni proqram

    Rusiyanın “Voximplant” şirkəti tərəfindən hazırlanmış proqram məhsulu müxtəlif messencerlərdə yazışmanı vahid çatda birləşdirməyə imkan verir.
     
    Məhsul biznes üçün nəzərdə tutulub və müştərilərlə intensiv yazışmanı təmin etməlidir. Sözügedən proqram messencer deyil. Proqramçılar öz həllini "messencerlər üçün Uber" adlandırıblar.

    Muxalifet - 17-08-2017

  5. Feysbukda yenilik

     “Feysbuk” tərəfindən mobil proqramın dizaynına edilmiş kiçik dəyişikliklər xəbər lenti üzrə naviqasiyanı sadələşdirib və onu oxumaq üçün daha əlverişli edib.
     
     “ICTnews” xəbər verir ki, indi statuslara yazılmış şərhlər daha çox müzakirəni xatırladır və şərhlərdən hansının başqa istifadəçilərin fikirlərinə cavab olduğu, hansının isə posta aid olduğunu başa düşmək asandır. Ehtimal ki, sosial şəbəkənin nümayəndələri yad adamları heç olmasa, şərhlərdə bir-biri ilə ünsiyyət qurmağa sövq edirlər.

    Muxalifet - 17-08-2017

  6. Üç Səudiyyə şahzadəsi Avropadan necə qaçırıldı? – ŞOK FAKTLAR

    Son 2 ildə Avropada yaşayan 3 Səudiyyə şahzadəsinin yoxa çıxdığı iddia olunur.
     
    BBC xəbər verir ki, Səudiyyə hökumətini tənqid edən şahzadələrin qaçırılaraq təyyarə ilə Səudiyyə Ərəbistanına aparıldığına dair dəlillərin olduğu bildirilir.
    1932-ci ildə Kral Əbdüləziz Səudiyyə Ərəbistanını yaratdığı gündən bəri krallıqda mütləq monarxiyanın bərqərar olduğu və müxalifətə tolerantlıq göstərilmədiyi qeyd edilir.

    Muxalifet - 17-08-2017

  7. Bakıda 32 yaşlı kişi özünü ASIB

    Bakıda intihar hadisəsi baş verib.
     
    Hadisə Sabail rayonu Mehdi Hüseynzadə küçəsi döngə 1, ev 7-də qeydə alınıb.
    Həmin ünvanda yaşayan 1985-ci il təvəllüdlü Arif Fərhad oğlu Bağırov özünü asaraq intihar edib.
    Faktla bağlı Sabail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

    Muxalifet - 17-08-2017

  8. Toyda ölüm hadisəsi - BALAKƏNDƏ

    Balakəndə toyda ölüm hadisəsi baş verib.
     
    Avqustun 16-da saat 22.00 radələrində rayonun Qabaqçöl qəsəbəsində keçirilən toy məclisində iştirak edən Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Mehyəddin Əmirxan oğlu Əfəndiyevin vəziyyəti qəfildən pisləşib.
     Balakən Mərkəzi Rayon Xəstəxanasının (MRX) Təcili Yardım Şöbəsinin əməkdaşları hadisə yerinə çatanadək Mehyəddin Əfəndiyev keçinib. MRX-dan bildirilib ki, Mehyəddin Əfəndiyevin ürək tutmasından öldüyü məlum olub.
     Mehyəddin Əfəndiyev anadan olduğu Gürcüstanda basdırılacaq./apa

    Muxalifet - 17-08-2017

  9. Rusiya Suriyaya 3 min muzdlu göndərdi

    Rusiya 3 min muzdlu əsgəri Suriyaya göndərib.
     
    Rusiya Suriyadakı hərbi qüvvələrini qorumaq və birlikdə əməliyyatlar keçirmək məqsədi ilə “Wanger” adlı hərbi şirkətlə razılığa gəlib.
    Razılığa əsasən, Suriyaya göndərilən 30-50 yaş arası 3 min muzdlu əsgər aylıq 5 min dollar maaş alacaq.

    Muxalifet - 17-08-2017

  10. "Qarabağ məsələsində yeniliklər gözlənilir" – DEPUTAT

    Baş nazirin müavininin müdafiə naziri ilə birgə cəbhə bölgəsində olması o deməkdir ki, Azərbaycan istənilən halda öz ərazi bütövlüyünü təmin edəcək.
     
    Bu barədə Axar.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev danışıb. Millət vəkili bildirib ki, hazırda ən əsas məsələ Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır:

    Muxalifet - 17-08-2017

  11. Savçenkodan partiyalarsız bir sistem modeli

    Ukrayna XVII əsrdə mövcud olmuş hakimiyyət modelinə – hetmanlığa uyğun şəkildə idarə olunmalı, ölkədə siyasi partiyalar mövcud olmamalıdır.
     
    Bu barədə Ali Radanın deputatı Nadejda Savçenko danışıb.

    Muxalifet - 17-08-2017

  12. İŞİD erməni kommunisti öldürdü

    Suriyada İŞİD-lə döyüşlər zamanı əslən erməni olan Nubar Ozanyan həlak olub.
     
    Ozanyan kürd qruplaşmalarının tərkibində İŞİD-ə qarşı döyüşüb.
    Qeyd edək ki, 14 avqustda həlak olan Ozanyan 2015-ci ildən etibarən Suriyadakı döyüşlərdə iştirak edir. Türkiyədə anadan olan Ozanyan kommunistdir.

    Muxalifet - 17-08-2017

  13. CHP lideri Kılıçdaroğlu həbs edilə bilər

    Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu həbs edilə bilər.
     
    Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən məlumat verir.
    Buna səbəb kimi K.Kılıçdaroğlunun ölkə kəşfiyyatının fəaliyyəti ilə əlaqədar fotomaterialların yayılmasında iştirakı göstərilir.
    KİV iddia edir ki, bundan əvvəl bu iş üzrə həbs olunmuş CHP-dən olan deputat Enis Berberoğlu istintaq zamanı bu materialları ona məhz müxalif partiyanın liderinin verdiyini bildirib.
    Qeyd edək ki, məlumat hələ rəsmi təsdiqini tapmayıb.

    Muxalifet - 17-08-2017

  14. ​Putin Səddama qulluq edib? - FOTOFAKT

    İraqın devrilmiş lideri Səddam Hüseynin arxivlərindən çıxan bu fotoşəkil, hamını heyrətə salıb. Fotoda Səddama xidmət edən adamın Putin olduğu iddia edilib.
    İraq lideri Səddam Hüseyn, 2003 Aprelində tutduqdan sonra asılaraq edam edilmişdi. 11 Sentyabr 2001-də, Dünya Ticarət Mərkəzinə edilən hücumların ardından, Səddam Hüseynin bir nömrəli şübhəli halına gəlməsi üzərində Corc Buş rəhbərliyi, 20 Mart 2003-ci il tarixində, İraqda kütləvi qırğın silahı olduğu iddiasına əsaslandırılan bir işğal başladı.
    O, 5 Noyabr 2006-də edama məhkum edilmişdi.

    Muxalifet2 - 17-08-2017

  15. İraq parçalanma təhlükəsi ilə üz-üzədir – Türkiyəli ekspert

    İraqın Kürd muxtariyyətində müstəqillik haqqında referendumun keçirilməsi ölkənin parçalanmasına gətirib çıxara bilər, bu isə bütün regionda acınacaqlı nəticələrə səbəb olacaq.
     
    Bunu Trend-ə Türkiyənin “Şarkiyat” elmi-tədqiqat mərkəzinin vitse-prezidenti Cahit Tuz deyib.
    Onun sözlərinə görə, parçalanma təhlükəsi ilə təkcə İraq yox, regionun digər ölkələri də üz-üzədir.
    Ekspertin fikrincə, Kürd muxtariyyətində referendumun keçirilməsi yanlış qərardır: “Bu referendum həm də regionun stabilliyi üçün təhlükə törədir”.

    Muxalifet - 17-08-2017

  16. BDYP-də MİLLİ FUTBOLÇUDAN RÜŞVƏT TƏLƏB EDİBLƏR! – Ramil Usubova müraciət -YENİLƏNDİ

     “Bizlik bir şey yoxdur, göstəriş “yuxarıdan” gəlib”
     
    Azərbaycan milli komandasının və bir çox klublarımızın şərəfini qorumuş tanınmış futbolçu Rəşad Sadiqov Dövlət Yol Polisi (DYP) inspektorlarının əsassız ittihamları ilə üzləşib – onun avtomobili əlindən alınıb və qanunsuz tələblərlə üzləşib. Bu barədə “AzPolitika.info”ya R.Sadiqov özü məlumat verib. Futbolçu bildirib ki, DYP əməkdaşları tərəfindən qanunsuz olaraq avtomobili cərimə meydançasına aparılıb, üstəgəl ondan pul tələb olunub.

    Muxalifet - 17-08-2017

  17. “QAÇQINKOM” SƏDRİ CANINI QURTARDIMI… – Nail hər gün atası, babası, dostları ilə danışır!

    Azad İsazadə: “Məmurların, onların ətrafının bir davranış çərçivəsi olmalıdır”
     
    Baş nazirin birinci müavini, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəvəsi Nail Allahverdiyevin törətdiyi dəhşətli qəzada ölən şəxsin ailəsinə baş çəkdi. Komitə sədrinin “xruşşovka”nın 5-ci mərtəbəsinə liftsiz qalxması elə təqdim edildi ki, guya böyük bir qəhrəmanlıq baş verib…

    Muxalifet - 17-08-2017

  18. Bakıda qadın qadını bıçaqlayıb

    Bakı şəhərində qadın digər qadını bıçaqlayıb.
     
    Hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Rayon sakini, 1976-cı il təvəllüdlü Aynurə Balakişi qızı Rüstəmova aralarında yaranmış mübahisə zəminində tanışı, 1993-cü il təvəllüdlü Cəmalə Nizami qızı Həmidovanı bıçaqlayıb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 17-08-2017

  19. Tramp Məsləhətçilər Şurasını ləğv etdi

    ABŞ Prezidenti Donald Trump, ardıcıl istefaların ardından Məsləhətçilər Şurasını ləğv etmək qərarı verib.
     
    “Marja” xəbər verir ki, Trump, şəxsi Twitter hesabından verdiyi açıqlamada, “iş adamları üzərində təzyiq yaratmaqdansa, Şuranı ləğv edirəm. Hər kəsə təşəkkürlər” ifadəsini istifadə edib.
    Tramp-ın bu qərarından əvvəl 8 üzv ölkədə həftə sonunda baş verən zorakılıq hadisələri ilə əlaqəli olaraq Şuradan çıxmışdı.

    Muxalifet - 17-08-2017

  20. «Tezliklə Rusiyanı emiqrasiya dalğası bürüyəcək»

    Yuri Levada Analitik mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru Lev Qudkov «Amerikanın səsi» radiosunun rus xidmətinə danışıb ki, tezliklə Rusiyanı son illərin ən böyük emiqrasiya dalğası bürüyə bilər.
     

    Muxalifet - 17-08-2017

Pages