Axtarış

The search found 105779 results in 0.069 seconds.

Search results

  1. Sabah Əfqan Muxtarlının məhkəməsi olacaq: HƏBS MÜDDƏTİ UZADILIR

    Sabah, avqustun 17-də Nəsimi Rayon Məhkəməsində vicdan məhbusu Əfqan Muxtarlı ilə bağlı məhkəmə prosesi olacaq.
     
    Bu haqda “Basta”ya məlumat verən vəkil Nemət Kərimli bildirib ki, prokurorluq Əfqan Muxtarlının barəsində həbs qətimkan tədbiri müddətinin uzadılması barədə təqdimat verib. Nemət Kərimli bildirib ki, Əfqan Muxtarlının həbsindən sonra ötən 3 aya yaxın müddət ərzində demək olar ki heç bir istintaq aparılmayıb.

    Muxalifet - 16-08-2017

  2. ​Ukraynaya yeni hücum hazırlanır - TARİX AÇIQLANDI

    Ukrayna Mərkəzi Bankı ölkə bankları və digər maliyyə strukturlarına yeni kiberhücum barədə xəbərdarlıq edib.
    UNİAN agentliyi xəbər verir ki, yeni kütləvi kiberhücum Müstəqillik Günündə (24 avqust) başlana bilər.
    Xatırladaq ki, bu il iyunun 27-də Ukraynanın kompüter sistemlərində yayılan naməlum virus onlarla dövlət qurumu və özəl şirkətin fəaliyyətini iflic edib. İrimiqyaslı haker hücumu nəticəsində Ukrayna banklarının, enerji şirkətlərinin, dövlət və media qurumlarının internet resursları və lokal şəbəkələrin işi bloklanıb.

    Muxalifet2 - 16-08-2017

  3. Bakıda İran vətəndaşını öldürən taksi sürücüsü həbs olundu

    Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
     
     Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.

    Muxalifet - 16-08-2017

  4. Bu kolbasaların tərkibində insan əti tapıldı - “Kral” və “Dənəvər servalat”.../ ŞOK

    Rusiyadakı ət kombinatlarından biri ilə bağlı şok məlumatlar yayılıb.
     
    Rusiya KİV xəbər verir ki, Moskva yaxınlığında fəaliyyət göstərən "Mortadel” ət kombinatında istehsal edilən kolbasaların tərkibində insan əti olduğu aşkarlanıb.

    Muxalifet - 16-08-2017

  5. Bir nəfər dənizdə batıb - SUMQAYITDA

    Sumqayıtda bir nəfər dənizdə batıb.
     
    Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumat agörə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsində 1 nəfər dənizdə batıb. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Hazırda axtarış işləri aparılır.
     Əlavə məlumat veriləcək.

    Muxalifet - 16-08-2017

  6. "Ya hakimiyyətlə işbirliyi yaratmalısan, ya da sıradan çıxmalısan" - Mehman Əliyev

    Turan İnformasiya Agentliyinin direktoru Amerikanın Səsinə müsahibəsində agentliyə qarşı cinayət işindən danışıb
     
    Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində Vergilər Nazirliyinin agentlikdə apardığı axtarışdan və cinayət işindən danışıb.
     
    Amerikanın Səsi: Vergilər Nazirliyi Turan Agentliyində axtarış aparıb. Səbəb nədir?

    Avtomatik olaraq cinayət işi qaldırılıb

    Muxalifet - 16-08-2017

  7. Astan Şahverdiyevdən deputat həmkarının “qulaqburması”na reaksiya

    “Hər kəsin sifətini gördüm”
     
    Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev ölkə.az-a açıqlamasında deyib ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək.
    “Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək. Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var. Bu məsələ obyektiv araşdırılandan sonra müvafiq addımlar atılacaq”-deyə A.Abıyev bildirib.

    Muxalifet - 16-08-2017

  8. Türkiyə və İran “Kürdüstan”a qarşı hərəkətə keçir

    Türkiyə və İran müstəqil Kürdüstan dövlətinin yaradılmasına mane ola bilər.
     
    Bu sözləri türkiyəli jurnalist Cəlal Başlamış Sputnik-ə açıqlamasında deyib.
    O bildirib ki, Ankara və Tehran bu yöndə Kürdüstana təzyiq edə bilər:

    Muxalifet - 16-08-2017

  9. “İlham Əliyev atamın Azərbaycanda dəfn edilməsini istəyir” - Lütfi Zadənin oğlu

    Dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycanda dəfn edilmək haqqında vəsiyyəti xeyli müzakirələrə səbəb olub.
     
    Onun oğlu Norman Zadə AzVision.az-a müsahibə verərək yenidən bəzi məqamlara aydınlıq gətirib:
     
    - Hazırda atanızın sağlamlıq vəziyyəti necədir?

    Muxalifet - 16-08-2017

  10. Yasa gedirdilər, ağır qəzaya düşdülər - 2 ölü, 2 yaralı

    Masallıda ağır yol qəzası olub.
     
    Hadisə Ələt-Astara yolunun Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nazim Əkbər oğlu Həsənov idarə etdiyi "Toyota Prado” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər – 1968-ci il təvəllüdlü Aidə Həsənova və Afər Əmrahov aldıqları xəsarətdən dünyasını dəyişiblər.
     Avtomobilin sürücüsü və digər sərnişin Həsənov Zamiq Rafiq oğlu xəsarətlə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Muxalifet - 16-08-2017

  11. Polis qardaşını öldürən qatil özünü dəliliyə vurub

    Polis qardaşını bıçaqla qətlə yetirən Bakı şəhər sakini cinayət məsuliyyətindən qaçmaq üçün özünü dəliliyə vurub.
     
    Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
     Xatırladaq ki, polis əməkdaşlarının Qaradağ rayonu ərazisində gördüyü operativ tədbirlər nəticəsində avqustun 3-də qardaşı, Çevik Polis Alayının əməkdaşı, polis serjantı, 1988-ci il təvəllüdlü Əliyev Murad Ramazan oğlunun ürəyinə 3 bıçaq zərbəsi endirməklə onu qətlə yetirmiş 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Əliyev Əli Ramazan oğlu saxlanılıb.

    Muxalifet - 16-08-2017

  12. 8 yaşlı uşağı İLAN VURUB - GÖYÇAYDA

    Göyçayda 8 yaşlı uşağı ilan sancıb
     
    Hadisə bu gün axşam saatlarında rayonun Qarabaqqal kəndində qeydə alınıb.
     Kənd sakini, 2009-cu il təvəllüdlü Fətullayev Zahid Ramin oğlu yaşadığı evin həyətində oynayarkən meyvə ağacının budağına çıxan ilandan xəbərsiz olub və ilan uşağın başından sancıb. Səkkiz yaşlı uşaq təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
    Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Uşağın vəziyyətinin ağır olduğu bildirilir.  

    Muxalifet - 16-08-2017

  13. Şəmkirdə avtomobil piyadanı vurub, sürücü qaçıb

    Şəmkir rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
     
    Hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.
    Sürücüsü hələlik müəyyənləşdirilməyən avtomobil yolu keçmək istəyən rayon sakini, 1992-ci il təvəllüdlü Rzayev Eyyub Vəli oğlunu vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə E.Rzayev ağır xəsarət alıb.

    Muxalifet - 17-08-2017

  14. "Real Madrid" 10-cu dəfə İspaniya Superkubokunun qalibi oldu

    Qarşılaşma Realın 2:0 qələbəsi ilə başa çatıb
     
    İspaniya Superkubokunun cavab oyunu keçirilib.
    "Real Madrid" "Santyaqo Bernabeu" stadionunda "Barselona" ilə qarşılaşıb.
    Qarşılaşma "Real"ın 2:0 qələbəsi ilə başa çatıb. Qolların hər ikisi qarşılaşmanın birinci hissəsində vurulub. Belə ki, matçın 4-cü dəqiqəsində Marko Asensio hesabı açıb. Oyunun 39-cu dəqiqəsində Kərim Benzema "Barselona"nı ikinci dəfə oyuna mərkəzdən başlamağı məcbur edib.
    Bununla da "Real Madrid" növbəti dəfə İspaniya Superkubokunun qalibi olub. 

    Muxalifet - 17-08-2017

  15. ÇL: "Pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

    Cavab oyunları 22-23 avqustda olacaq
     
    Futbol üzrə Çempionlar Liqasında (ÇL) "pley-off" mərhələsinin ilk oyunları çərçivəsində daha 5 qarşılaşma keçirilib. Türkiyənin "Başakşehir" klubu İspaniya "Sevilya"sını qəbul edib.
    Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Bununla da "Başakşehir" ÇL-də debüt mövsümündəcə qrupda oynama şanslarını xeyli azaldıb. Qazaxıstan "Astana"sı da Şotlandiyada "Seltik"lə qarşılaşmada uğursuzluğa düçar olub. Qapısından 5 top buraxan "Astana" artıq indidən Avropa Liqasının qrup mərhələsinə hazırlaşa bilər.

    Muxalifet - 17-08-2017

  16. Lənkəranda piyada vuran sürücü qaçdı

    Nurxan Haşımov körpünün yaxınlığında naməlum avtomaşın tərəfindən vurulub
     
    Lənkəranda 48 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Hadisə rayonun dağətəyi kəndi Siyobilidə baş verib.
    Belə ki, Siyobili sakini Haşımov Nurxan Məmməd oğlu kənddəki körpünün yaxınlığında naməlum avtomaşın tərəfindən vurulub. Nəticədə o, xəsarət alıb.

    Muxalifet - 17-08-2017

  17. "Kopenhagen" klubu "Qarabağ"ın kapitanından UEFA-ya şikayət etdi

    Kopenhagen Maksim Medvedevin Pyer Benqtssonu top uğrunda mübarizə zamanı qəsdən vurduğunu iddia edir
     
    Danimarkanın "Kopenhagen" klubu "Qarabağ"a Bakıda 0:1 hesabı ilə uduzduğu Çempionlar Liqasının ilk "pley-off" matçı ilə əlaqədar UEFA-ya şikayət məktubu ünvanlayıb.
    "Kopenhagen" "Qarabağ"ın kapitanı Maksim Medvedevin 20-ci dəqiqədə Pyer Benqtssonu top uğrunda mübarizə zamanı qəsdən vurduğunu iddia edir.

    Muxalifet - 17-08-2017

  18. ABŞ-da erməni cinayətkar qruplaşması ifşa edilib

    12 nəfərlik qruplaşma 2 milyon dərman tabletinin qanunsuz satışı və maxinasiyası ilə məşğul olub
     
    Los-Anceles şəhərində 2 milyon dərman tabletinin qanunsuz satışı və maxinasiyası ilə məşğul olan ermənilərdən ibarət cinayətkar qruplaşmanın üzvləri həbs edilib.
    Bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.

    Muxalifet - 17-08-2017

  19. Saakaşvili Ukraynaya sentyabrın 10-da qayıdacaq

    Bu barədə o, facebook sosial şəbəkəsində məlumat verib
     
    Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıtmaq niyyətindədir.
    "TASS" xəbər verir ki, bu barədə o, "facebook" sosial şəbəkəsində məlumat verib.
    "Bu gün elan edirəm ki, sentyabrın 10-da Polşadan Ukraynaya qayıdacam", - deyə o bildirib. Bundan əlavə, Saakaşvili Ukrayna hakimiyyətindən xahiş edib ki, bu ölkəyə qayıdışı zamanı "sirk" yaratmasınlar.

    Muxalifet - 17-08-2017

  20. “Koreya yarımadasında müharibə olmayacaq” - PREZİDENT

    Koreya yarımadasında müharibə olmayacaq.
     
     “Rönhap” agentliyinin verdiyi xəbərə görə, bunu Cənubi Koreya prezidenti Mun Çje İn bəyan edib.
     “Tam əminliklə bəyan edirəm - Koreya yarımadasında heç vaxt müharibə olmayacaq. Hərbi gücdən istifadə ABŞ-a Şimali Koreyaya təzyiq göstərmək üçün lazımdır. Bu heç də dərhal hərəkətə keçid demək deyil. ABŞ və prezident Tramp Cənubi Koreya ilə birgə istənilən nizamlama yolunu müzakirə etməyə hazırdır”, deyə Cənubi Koreya prezidenti qeyd edib.

    Muxalifet - 17-08-2017

Pages