Ağdaş sakini həmyerlisni bıçaqla öldürüb
17-08-2017 14:26
Ağdaş rayon sakini həmyerlisi tərəfindən bıçaqlanaraq öldürülüb.
Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, hadisə rayonun Qəribli kəndində baş verib.
Belə ki, həmin kəndin sakini Sahib Həsənov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi Cabir Səfxanov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.