Hollandiyada Radioya hücum edən kişi tutuldu

Naməlum şəxs Şimali Hollandiya əyalətinin şərqindəki Xilversyum şəhərində 3FM radiosunun binasına hücum edib və qadını girov götürüb.
 
Bu barədə "Röyter" yerli NOS telekanalına istinadən xəbər yayıb.
Telekanalın yaydığı xəbərə görə, naməlum kişi ofisə daxil olub, oradakıları hədələyib və bir qadını girov götürüb. Polis radiostansiyanın ofisini mühasirəyə alıb. Binadan 50 metr aralıda çanta və bıçaq tapılıb. Hadisə yerinə xüsusitəyinatlılar cəlb edilib.
Bir qədər sonra naməlum kişi həbs edilib. Qadın zərər çəkməyib.
Bu insidentə baxmayaraq, radiostansiya yayımı dayandırmayıb.