Savçenkodan partiyalarsız bir sistem modeli

Ukrayna XVII əsrdə mövcud olmuş hakimiyyət modelinə – hetmanlığa uyğun şəkildə idarə olunmalı, ölkədə siyasi partiyalar mövcud olmamalıdır.
 
Bu barədə Ali Radanın deputatı Nadejda Savçenko danışıb.
“Ukraynada siyasi partiyalar mövcud olmamalıdır, çünki partiyalar ölkənin siyasi elitasını təmsil etmir. Mən siyasi partiya deyil, daha çox ictimai təşkilatların nümayəndələrinin toplaşdığı Ukraynanın ümumi konsepsiyasını və inkişaf yolunu hazırlayan dəyirmi masa yaratmışam. Biz həmçinin Ukraynanın partiyalarsız mövcudluğunu əyani şəkildə göstərə biləcək layihə hazırlamışıq”, - Savçenko deyib.
Qeyd edək ki, ötən ay Ukrayna Ədliyyə Nazirliyi tərəfindən “Nadejda Savçenkonun ictimai-siyasi platforması” adlı yeni partiya qeydə alınıb.