Lənkəranda piyada vuran sürücü qaçdı
17-08-2017 08:48
Nurxan Haşımov körpünün yaxınlığında naməlum avtomaşın tərəfindən vurulub
Lənkəranda 48 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun dağətəyi kəndi Siyobilidə baş verib.
Belə ki, Siyobili sakini Haşımov Nurxan Məmməd oğlu kənddəki körpünün yaxınlığında naməlum avtomaşın tərəfindən vurulub. Nəticədə o, xəsarət alıb.
Hadisə yerinə çağırılan təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimləri ilkin müdaxilədən sonra yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıb. Yol polisi əməkdaşları hadisə yerində olub.
Hazırda sürücünün tapılması ilə bağlı araşdırma aparılır.