Bir nəfər dənizdə batıb - SUMQAYITDA
16-08-2017 18:22

Sumqayıtda bir nəfər dənizdə batıb.
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumat agörə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsində 1 nəfər dənizdə batıb. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Hazırda axtarış işləri aparılır.
Əlavə məlumat veriləcək.