61 yaşlı qadını avtomobil vurub, sürücü qaçıb - BƏRDƏDƏ

Bərdə rayonunda 61 yaşlı qadını avtomobil vurub.
 
Hadisə rayonun Əliyanlı kəndində baş verib.
Belə ki, yolu keçmək istəyən rayon sakini, 1956-cı il təvəllüdlü Lətifə Hümbətova naməlum avtombil tərəfindən vurulub.
Qəza nəticəsində yaşlı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"unm yerli bürosuna bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.