Belarusdan şok etiraz: “Rus əsgəri, evinə get!” – FOTO
16-08-2017 13:19

Belarusda Qərb-2017 hərbi təlimlərində iştirak edən rus ordusuna qarşı etiraz afişaları ortaya çıxıb.
Rusiya ordusunun təlimlərdə iştirakına Brest şəhərində etiraz edilib.
“Rus əsgəri hardadırsa, orada müharibə var. Rus əsgəri, evinə qayıt”, - plakatlarda yazılıb.
Rusiya ordusunun ölkə ərazisində hərbi təlimlərdə iştirakından narahatlıq duyan əhali sosial şəbəkələrdə paylaşılan fotolara qəzəbli şərhlər yazıb:
“Harda rus əsgəri varsa, oradan cəsəd qoxusu gəlir. Onlar burada uzun müddət olacaqlar, odur ki, öyrəşməlisiniz”.