Dünya çempionu Ramil Quliyevin ən böyük istəyi: Azərbaycan bayrağı - Video

Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev Londonda keçirilən dünya çempionatında qızıl medal qazanıb.
 
200 metrdə dünya çempionu olan Ramil Quliyev çiyninə Azərbaycan bayrağı atıb.
Yarışdan sonra jurnalistlərin suallarını cavablandıran idmançı qələbəsinə inandığını, ən böyük istəyinin isə qızıl medal qazanmaq olduğunu bildirib.
Yarışdan sonra verdiyi müsahibədə Ramil Quliyev müxbirin "Azərbaycan bayrağı da istədiniz"-sualına aydınlıq gətirib. İdmançı bildirib ki, bu onun böyük istəyi olub.
Ramil Quliyev növbəti hədəfinin Olimpiada olduğunu qeyd edib.