İmişli sakini kanalda batıb
6-08-2017 09:24
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, İmişli rayonu, Çaxırlı kəndində 1 nəfərin kanalda çimərkən batması barədə məlumat daxil olub.
FHN-nin saytınım verdiyi xəbərə görə, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlayıblar. Əlavə məlumat veriləcək.