Avtomobil işıq dirəyinə çarparaq yanıb - BAKIDA
5-08-2017 09:22

Yaralı xəstəxanaya yerləşdirilib
Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Heydər Əliyev prospektinin Nizami rayonundan keçən hissəsində, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin yaxınlığında baş verib.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan "Renault Loqa" minik avtomobili həmin ərazidə idarəetmədən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılıb. Avtomobil bundan sonra yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobildə başlamış yanğının qarşısı alınıb.
Qəza zamanı 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.