33 yaşlı kişi araq içdi, komaya düşdü - TOVUZDA
4-08-2017 20:51

Tovuz rayonunda 33 yaşlı kişi alkoqoldan zəhərlənərək komaya düşüb.
Tovuz rayon sakini, 1984-cu il təvəllüdlü Samir Sulidin oğlu Quluyev yaxınları tərəfindən xəstəxanaya aparılıb və həkimlər tərəfindən tibbi yardım göstərilərək reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.