Erməni komandirin “Böyük Ermənistan” sayıqlaması

Dağlıq Qarabağın işğalında və azərbaycanlılara qarşı törədilən soyqırımı aktlarında şəxsən iştirak etmiş erməni komandir Arkadi Karapetyan Türkiyə və Azərbaycana qarşı ağılasığmaz təhdidlər səsləndirib.
 
Ermənistan mediası xəbər verir ki, Türkiyənin Rusiyadan S-400 raket kompleksləri alması haqda danışan Karapetyan Türkiyə və Azərbaycanı işğal edəcəklərini iddia edib.
“Ermənistan Türkiyəni işğal edəndə, S-400-lər heç bir işə yaramayacaq. Azərbaycanı və Türkiyəni işğal edərək, “böyük Ermənistan” quracağıq. Türkiyə gec-tez parçalanacaq”, - deyə o ermənilərin gələcək planlarını etiraf edib.