Qubada ayılar arıxanaya hücum edib

Arıçı: Hər gecə bu hücum təkrarlandığından suni şamlar düzəldərək ayıları qorxuduruq
 
Qubada ayılar arıxanaya hücum edib.
Hadisə Qubanın Cek kəndi ərazisində qeydə alınıb.
Arıçı Namiq Abidov bildirib ki, artıq 4-5 gündür ayı hər gün yaylaqda yerləşən arıxanaya hücum edir: "Ayılar 5 arı yeşiyini dağıdıb. Özümüz isə qorxudan çadırda qalmırıq. Hər gecə bu hücum təkrarlandığından, suni şamlar düzəldərək ayıları qorxuduruq. Artıq əvvəl dağdan 1 ayı gəlirdisə, dünən axşam arıxanaya 3 ayı hücum edib"./report