Gədəbəydə "UAZ" aşıb: ölən var
2-08-2017 12:56

Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib.
Rayon ərazisində "UAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq dərəyə aşıb. Nəticədə avtomobildə olan 47 yaşlı kişi aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır./lent.az