Axtarış
The search found 105785 results in 0.011 seconds.
Search results
"Hakimiyyət media məkanını tam nəzarətə götürür"
Emin Hüseynovla müsahibə
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu Azadlıq qəzetinin icraçı direktoru Faiq Əmirliyə çıxarılmış həbs cəzası qərarını pisləyən bəyanat yayıb.
RATİ məhkəmə qərarını siyasi motivli adlandıraraq, hakimiyyəti Faiq Əmirlini dərhal azad etməyə və Azadlıq qəzetinə qarşı təqiblərə son qoymağa çağırır. RATİ-nin direktoru Emin Hüseynov Amerikanın Səsinin Ameirka icmalı proqramında müsahibədə məhkəmənin qərarı və medianın durumundan danışıb.Muxalifet - 29-07-2017
Rusiyaya qarşı sanksiyalar qanunu Trampa imzaya verilib
ABŞ Konqresində sanksiyalar haqqında qəbul edilən qanun imzalanması üçün prezident Donald Trampa təqdim edib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda AFP agentliyi xəbər yayıb.
Məlumata görə, Tramp qanunu ya imzalayacaq, ya da ona veto qoyacaq. Qanun layihəsi yerli vaxtla saat 13:53-da Ağ evə daxil olub.Muxalifet - 29-07-2017
"Poroşenko ancaq pul barədə düşünür" - SAAKAŞVİLİ
Mənim ən böyük səhvim başlanğıcdan Ukrayna Prezidenti Petro Poroşenkonun motivasiyasını düzgün anlamamağım olub.
Bu sözləri Gürcüstanın eks-prezidenti, Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılmasını şərh edərkən deyib:
"Poroşenkonun motivasiyası çox sadədir. O ancaq pul barədə düşünür. Poroşenko bayağı alverçidir".
Saakaşvili əlavə edib ki, Poroşenko iş vaxtının çox hissəsini şəxsi biznesinə həsr edir.Muxalifet - 29-07-2017
Trampdan Şimali Koreyaya təhdid: Hər şey edəcəm ki...
Özümü və tərəfdaşlarımı Şimali Koreyanın raketlərindən qorumaq üçün hər şey edəcəm.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, Vaşinqton ABŞ ərazisini və regiondakı tərəfdaşlarını bütün lazımı tədbirlərdən istifadə edəcək.
Tramp Şimali Koreyanın raket sınağını Pxenyan hökumətinin növbəti təhlükəli addımı kimi qiymətləndirib.
Bu arada, Şimali Koreya ikinci qitələrarası ballistik raketini uğurla sınaqdan keçirdiyini bəyan edib.Muxalifet - 29-07-2017
Azərbaycanın nə qədər qızıl ehtiyatı var...
Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Respublikası Hökumətinin mənfəət payı olan - 11655,2 troy unsiya (362,6 kiloqram) miqdarında növbəti partiya qızıl külçələri 27 iyul 2017-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilib və Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilib.
Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 29-07-2017
İran rejiminin erməni sevgisi: Düşmən Çaldıranda...
İran İslam Respublikası dünyaya özünü ermənilərin himayəçisi kimi göstərməkdədir.
Qərbi Azərbaycan əyalətinin Çaldıran məntəqəsində yerləşən Qarakilsə kilsəsinə hər il dünya ermənilərinin dini mərasim adı ilə toplaşması bir adətə çevrilib.
Məlumata görə, minlərlə erməni sözdə dini mərasim adı ilə Qarakilsəyə toplaşıb. 3 gün davam edəcəyi bildirilən mərasimə 6 min iranlı və dünya ermənilərinin toplaşacağı bildirilir.Muxalifet - 29-07-2017
"Tramp ABŞ-ın son prezidenti olacaq" - TRAMP
Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ABŞ tərəfindən zəifliyin göstəricisidir.
Bunu “Rossiya 1” televiziyasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.Muxalifet - 29-07-2017
ABŞ kəşfiyyatı: İranın raket daşıyıcısı partladı
İranın cümə axşamı həyata keçirdiyi raket daşıyıcı sınağı uğursuz olub.
Bu barədə informasiyanı “Foks Nyus” televiziyası ABŞ kəşfiyyatındakı mənbələrinə istinadən yayıb. Televiziya raket daşıyıcının buraxılışından dərhal sonra partladığını bildirib.
Qeyd edək ki, İran bundan öncə "Simurq" raket daşıyıcısının sınağını keçirib. Tehran bu daşıyıcı vasitəsilə öz peyklərini kosmosa çıxarmağı planlaşdırıb.Muxalifet - 29-07-2017
MOLDOVADA BÖHRAN: Hökumətdən prezidentə yeni qadağa
Dnestryanıya Rusiya qoşunlarının yeridilməsinin 25 illiyi münasibəti ilə planlaşdırılan tədbirə Moldova Prezidenti İqor Dodon qatıla bilməyəcək.
Bu barədə informasiyanı qondarma Dnestryanı Xarici İşlər Nazirliyi yayıb.
Dodonun Dnestryanıya gələ bilməməsinin əsas səbəbi bir müddət öncə Moldova hökumətinin Rusiya Baş nazirinin müavini Dmitri Roqozini ölkəyə buraxmaması olub.
Qeyd edək ki, Dnestryanı Moldova ərazisidir. 90-cı illərdə bu ərazi Moskvanın aktiv dəstəyi ilə Kişinyovun nəzarətindən çıxıb.Muxalifet - 29-07-2017
“Azərsu" Göyçayı dəhşətli fəlakətə sürükləyir
Yetişdirdiyi narın keyfiyyəti ilə keçmiş possovet məkanında ad çıxarmış Göyçay, həm də özünün möhtəşəm çinarları ilə də dillər əzbəridir. Göyçayın çinarları uzun illər şairlərin yaradıcılığında müstəsna yer tutub. Amma ürək ağrıdıcı haldır ki, 300 ildən artıq yaşı olan, özündə böyük bir tarix yaşadan Göyçay çinarları məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Bəs görəsən çinarların uyğun olmayan bir fəsildə, yayın başlanğıcında yarpaqlarını belə tez tökməsinə səbəb nədir?! Şəhər əhlisinin çoxusu deyir ki, ağaclar sulanmır, bərələrlə axan suyun yolu kəsildiyindən çinarlar quruyur.
Muxalifet2 - 29-07-2017
Rus polisi üzr istədi – Kadırov
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Voronej əyalətinin qubernatoru ilə yerli çeçenlər ətrafında baş verən insidenti müzakirə edib.
Kadırov bu barədə rəsmi İnstaqram hesabında yazıb.Muxalifet - 29-07-2017
"Ruslara mane olanlar cəzalandırılacaq" - DODON
Rusiya vətəndaşlarının Moldovaya girişinə maneə törədən şəxslər cəzalandırılacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Moldova Prezidenti İqor Dodo rəsmi Feysbuk səhifəsində yazıb.
O bildirib ki, təxribat törətməklə iki ölkə arasında əlaqələrin pisləşməsinə səbəb olan şəxslər cavab verməli olacaq.
Qeyd edək ki, ötən gün Moldovaya girişi qadağan olunan şəxslər arasında Rusiya vətəndaşları da olub.Muxalifet - 29-07-2017
“Şimali Koreya təhdidinin artmasına görə Çin və Rusiya məsuliyyət daşıyır” - Tillerson
ABŞ dövlət katibi Reks Tillerson Şimali Koreyanın artan təhdidlərinə görə məsuliyyəti Çin və Rusiyanın boynuna qoyub.
Bu barədə Dövlət Departamentinin Şimali Koreyanın yeni raket sınağı ilə əlaqədar yaydığı rəsmi bəyanatda deyilir.
“Şimali Koreyanın nüvə proqramının və ballistik raket proqramlarının əsas iqtisadi dəstəkçiləri olaraq Çin və Rusiya regional və qlobal təhlükəsizliyə qarşı artan təhdidlərə görə müstəsna və xüsusi məsuliyyət daşıyır”, - deyə açıqlamada bildirilir.Muxalifet - 29-07-2017
Ağ Ev: Tramp sanksiyalar barədə qanunu imzalayacaq
ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqinə dair Konqresdə qəbul olunmuş qanunu imzalayacaq.
Bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.
Açıqlamada deyilir ki, D. Tramp qanun layihəsinin ilkin variantları ilə tanış olmuş və onun vacib elementləri barədə müzakirələr aparmışdı. İndi isə dövlət başçısı qanunun yekun versiyası ilə tanış olub və onun iradları nəzərə alındığı üçün sənədi imzalamaq niyyətindədir.Muxalifet - 29-07-2017
Güləşçilərin etirazına baş məşqçidən münasibət - “Keçmişi unutmayın”
Azərbaycan güləş üzrə yığma komandalarının üzvlərinin etiraz aksiyası ilə bağlı xəbərlər bizim tərəfimizdən böyük narahatlıqla qarşılandı.
Belə bir hadisənin baş verməsinə təəssüf edirəm, çünki bütün bunlar hər şeydən öncə Azərbaycan adına yaraşmayan bir haldır. Üstəlik, əgər söhbət Olimpiya Oyunları, dünya və Avropa çempionlarının qalib və mükafatçılarının iştirakı ilə baş verirsə.Muxalifet - 29-07-2017
Erməni hərbçilər arasında dava - Yaralanan var
Ermənistanda hərbi qulluqçu yaralanıb.
Azvision.az xəbər verir ki, Tavuş vilayəti Berd rayonunun Paravakar kəndinin bələdiyyə sədrinin müavini Sarkis Mnarkaryan bildirib ki, dünən döyüş mövqelərindən birində müqaviləli xidmət edən erməni hərbçi, 41 yaşlı Artur Mayranyan yaralanıb.
O, qeyd edib ki, yaralanan Arturun qol sümükləri qırılıb, belindən ağır zədə alıb. Kənd bələdiyyə müavinin sözlərinə görə, hərbçinin vəziyyəti pisləşib və onu İrəvana köçürüblər. Onun digər hərbçi yoldaşı ilə mübahisə etdiyi deyilir.Muxalifet - 29-07-2017
Qubada iki qadın “Kamaz”ın altında qalıb
Quba rayonunda iki qadın yük maşınının altında qalıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 28-də saat 20 radələrində Quba rayonunun Digah kəndi ərazisində kənd sakini Rahib Vəliyev idarə etdiyi “KAMaz” markalı avtomobili yoxuşda saxladığından avtomobil arxaya doğru hərəkətə gələrək kənd sakinləri Bahar Atluxanovanı və Simnarə Tahirovanı əzib. Nəticədə B. Atluxanova hadisə yerində ölüb, S. Tahirova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 29-07-2017
İsa Qəmbər: “Azərbaycanımızı xalqımızın, ilk növbədə aydınlarımızın Müsavat sevgisi xilas edəcək!”
Cəsarətli fikirləri ilə ədalətsizliyə meydan oxuyan AMEA işçisi Yasəmən Qaraqoyunlu dünən öz “Facebook” səhifəsində MSDM sədri İsa Qəmbərlə tanışlığından və “Facebok”dakı iki illik dostluğundan yazıb.
Bu jesti yüksək qiymətləndirən Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbər Yasəmən Qaraqoyunlu barədə bu sözləri yazıb.
“Dəyərli ziyalımız Yasəmən xanım bizim fb dostluğumuzun 2 illiyini qeyd edib və Müsavat dəyərlərinə sevgi və sayğısını bir daha bəyan edib. Sağ olsun, var olsun!Muxalifet - 29-07-2017
"Jalə" şirkətinə məxsus yük maşını aşıb
Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Astara magistralının Ələt qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Lənkəran rayon sakini Abbas Nurullayevin idarə etdiyi "Jalə" şirkətinə məxsus qoşqulu yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Sürücünün verdiyi məlumata görə, yük yerində ümumi dəyəri 20 min manat olan boş şüşə qablar sınaraq yararsız hala düşüb.
Qəzaya avtomobilin təkərinin partlaması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 29-07-2017
Biləsuvar sakini itkin düşüb - FOTO
Faktla bağlı polisə məlumat verilib
Biləsuvar rayon sakini itkin düşüb.
Rayonun Xırmandalı kənd sakini İlahə İqbal qızı Zeynalzadə iyulun 25-də evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı polisə də məlumat verilib.
Onu görənlərdən bu nömrələrlə əlaqə saxlamaları xahiş olunur: 0505316870, 0506600993, 0775885639.Muxalifet - 29-07-2017