Axtarış

The search found 105785 results in 0.013 seconds.

Search results

  1. Azərbaycalı saxlanma kamerasında özünə qəsd edib - Rusiyada

     Rusiyada miqrantların müvəqqəti saxlama yerində saxlanılan Azərbaycan vətəndaşı intihara cəhd edib.
     
    Rusiya KİV xəbər verir ki, soydaşımız məmurların yaratdığı şəraitə dözə bilməyib. Çünki nəzarətçilər üç aydır onu Perm şəhərindəki müvəqqəti saxlama yerində qalmağa məcbur edərək, Azərbaycana qayıtmağına imkan vermirlər.
    Məhkəmə Azərbaycan vətəndaşı barəsində Rusiyadan deportasiya edilməsi haqqında qərar qəbul etsə də, ancaq ona ən azı avqustun 14-dək müvəqqəti saxlama yerində qalmalı olacağı bildirilib.

    Muxalifet - 29-07-2017

  2. Avtomobil piyadanı vuraraq öldürüb - BAKIDA

    Bakıda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.
     
    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 28-də saat 01:00 radələrində Binəqədi rayonu Azadlıq prospektində Abşeron rayon sakini Şamxal Əhmədov idarə etdiyi “Volksvagen” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Kamran Abdullayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
    Binəqədi Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet - 29-07-2017

  3. Tovuzda velosipedçi quyuya düşüb, ağır xəsarət alıb

    Yaralının üzü tanınmaz hala düşüb, onun vəziyyəti ağır olaraq qiymətləndirilir
     
    Tovuz rayonunda 25 yaşlı velosipedçi idarəetməni itirərək dərin quyuya düşüb.
    Hadisə rayonun Qəribli kəndində baş verib.

    Muxalifet - 29-07-2017

  4. Qusarda uşaq göldə boğulub

    Qusar rayonunda uşaq göldə boğulub.
     
    Hadisə Köhnə Xudat kəndində baş verib.
     Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Göldə boğulan uşağın şəxsiyyəti hələlik müəyyən edilməyib.  

    Muxalifet - 29-07-2017

  5. ABŞ hərbi texnikaları Gürcüstana gətirilib

    Gürcüstanda keçiriləcək NATO-nun “Layiqli tərəfdaş 2017” (Noble Partner 2017) hərbi təlimlərində iştirak edəcək ABŞ ağır hərbi texnikasının növbəti hissəsi Gürcüstana gətirilib.
     
    Gürcüstanın Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, “Stryker” zirehli maşınları Poti limanına çatdırılıb. Bundan öncə ABŞ-ın “Abrams” tankları və “Bradley” zirehli maşınları Gürcüstana gətirilmişdi.
     Genişmiqyaslı hərbi təlimlərin açılış mərasimində ABŞ-ın vitse-prezidenti Mayk Pens də iştirak edəcək.

    Muxalifet - 29-07-2017

  6. Bakıda mağazadan pul seyfi oğurlanıb

    Bakıda mağazadan içərisində 18 min manat pul olan seyf oğurlanıb.
     
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da rayon ərazisindəki mağazalardan birindən içərisində 18 000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nizam Cavadzadə tutulub, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

    Muxalifet - 29-07-2017

  7. İran və ABŞ donanmaları yenidən üz-üzə gəlib

    İran İslam İnqilabı Keşikçiləri Korpusu Fars Körfəzində ABŞ donanmasının iştirakı ilə daha bir hadisənin baş verdiyini açıqlayıb.
     
    İranın İRİB telekanalı hadisənin iyulun 28-də körfəzin şimalında baş verdiyi barədə məlumat yayıb.
     Məlumata əsasən ABŞ Hərbi Dəniz Donanmasının “Nimits” aviadaşıyıcısından qalxan hərbi helikopter İrana məxsus raket katerlərinə yaxınlaşıb. Aviadaşıyıcını kreyser müşayiət edib.

    Muxalifet - 29-07-2017

  8. Saakaşvili Poroşenkonu məhkəməyə verir

    Gürcüstanın eks-prezidenti, Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Petro Poroşenkonu məhkəməyə verəcəyini açıqlayıb.
     
    Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması ilə bağlı məhkəməyə müraciət edəcək:
    "Biz inzibati məhkəməyə müraciət edəcəyik. Əgər inzibati məhkəmədə alınmasa, Strasburqa gedəcəyik".
    Saakaşvili Poroşenkonu təhdid etməyi də unutmayıb:
    "Mənim Ukrayna xüsusi xidməti ilə yaxşı əlaqələrim var. O unutmasın ki, mən sabiq ukraynalı sərhədçiyəm. Ukraynanın bütün giriş və çıxışlarını yaxşı tanıyıram".

    Muxalifet - 29-07-2017

  9. Obama ilə Mişel boşanmanın astanasında – İDDİA

    Xeyli vaxtdır prezident postunu tərk etsə də, Barak Obamanın şəxsi həyatı jurnalistərin diqqətini cəlb etməyə davam edir.
     
    KİV bu dəfə 55 yaşlı Barakın 53 yaşlı həyat yoldaşı Mişellə boşanmanın astanasında olduğunu iddia edir.
    “Radar Online” portalının etibarlı mənbəyi bildirib: “Son vaxtlar Barakla Mişelin münasibətlərində gərginlik olmasından hamı xəbərdardır. Amma Obama prezident olduğu üçün onlar birgə yaşamağa davam edirdilər. Bundan başqa cütlük qızları – Saşa və Maliya üçün birgə həyata davam etməyə səy göstərirdilər”.

    Muxalifet - 29-07-2017

  10. Müdafiə Nazirliyindən düşmənin yeni təxribatı barədə AÇIQLAMA

    Son zamanlar Ermənistan ordusunda artmaqda olan ölüm və ağır bədən xəsarətləri ilə nəticələnən cinayət tərkibli hadisələrdən erməni ictimaiyyətinin diqqətini yayındırmaq məqsədilə düşmən planlaşdırılmış təxribatlar həyata keçirir.
     
    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
    Belə tədbirlərdən biri də Ermənistan tərəfindən sosial şəbəkələrdə azərbaycanlı adı altında saxta profillər yaratmaqla guya Azərbaycan Ordusunda müxtəlif hadisələrin baş verdiyini iddia edən yalan məlumatların vaxtaşırı yayılmasıdır.

    Muxalifet - 29-07-2017

  11. Qətər Ərdoğana belə təşəkkür etdi - FOTO

    Qətərin paytaxtı Dohadakı bir ticarət mərkəzinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nəhəng posteri asılıb.
     
    Qətərlilər bu posteri Ərdoğanın Körfəz böhranında onlara verdiyi dəstəyə təşəkkür etmək məqsədilə asıblar.
    Qətərin Maliyyə naziri Əli Şərif Əl Emadi Qətər xalqının bununla həm də türk xalqına təşəkkür etdiyin bildirib:
    “Bu poster Qətər xalqının Türkiyənin şərəfli Prezidenti Rəcəb Tayyib Ərdoğana simvolik bir hədiyyəsidir. Bu posterlə ona və türk xalqına təşəkkürümüzü bildiririk”.

    Muxalifet - 29-07-2017

  12. Güləşçiyə vəd edilən mükafat verilmədi – KLUBDAN AYRILDI

    Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu olan Rəsul Çunayev gələcək karyerası ilə bağlı qərar verib.
     
    Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, “Rio-2016” nın bürünc mükafatçısı “Neftçi İdman Klubu”ndan ayrılıb. Buna isə Çunayevin qazandığı uğurlara görə vəd edilən mükafatların klub tərəfindən verilməməsi olub. Sadıq Sadıqovun rəhbəri olduğu “Neftçi” İK-dən güləşçiyə “bugün-sabah” deyilsə də, vədə əməl edən olmayıb.

    Muxalifet - 29-07-2017

  13. PKK-nın qəddar avropalı döyüşçüləri – “Legion”

    PKK terror təşkilatının nəzdində Avropa Birliyi vətəndaşlarından ibarət olan “Legion” taboru yaradılıb.
     
    Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

    Muxalifet - 29-07-2017

  14. "Rusiyaya nüvə zərbəsi endirməyə hazırıq" - BRİTANİYA

    Biz Rusiyaya qarşı nüvə silahından istifadə etməyə hazırıq.
     
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Britaniya Baş naziri Tereza Mey söyləyib.
    “Keçən həftə bizim parlamentdə nüvə proqramımızın davam etdirilməsi ilə bağlı vacib səsvermə oldu. Debatlar zamanı əsas məsələ mənim nüvə silahından istifadəyə hazır olmağım idi. Mənim cavabım “bəli”dir. Biz nüvə silahından istifadəyə hazırıq”, – baş nazir bildirib.

    Muxalifet - 29-07-2017

  15. Fələstin prezidenti xəstəxanaya yerləşdirildi

    Fələstin Prezidenti Mahmud Abbas müayinə olunmaq üçün xəstəxanaya aparılıb.
     
    Bu barədə “Asoşeyted Press” informasiya yayıb.
    Prezidentin Ramallahdakı xəstəxanalardan birinə yerləşdirildiyi bildirilib. 82 yaşlı liderin müayinəsinin bir neçə saat çəkəcəyi gözlənilir.
    Xatırladaq ki, ötən il Fələstin Prezidenti Mahmud Abbas ürəklə bağlı problemləri olduğu üçün xəstəxanaya yerləşdirilmişdi.

    Muxalifet - 29-07-2017

  16. Bakı Qarabağ üçün yeni PLAN HAZIRLAYIR

     “Azərbaycan Prezidenti İlham Əliyev ABŞ, Türkiyə, daha sonra isə Rusiya rəhbərliyi ilə görüşlər keçirdi. Bu görüşlərin əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həllində yeni qərarların tapılmasıdır. Soçidə İlham Əliyevlə Putinin görüşündə də məhz bu məsələdə müzakirə olundu”.
     
    Bu sözləri rusiyalı siyasi şərhçi İvan Cakayev deyib.
    İ.Cakayevin ehtimallarına görə, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağla bağlı yeni addımlar planlaşdırır.

    Muxalifet - 29-07-2017

  17. Konqresi kəşfiyyatdan Rusiya ilə bağlı hesabat tələb edəcək

    ABŞ Konqresinin Nümayəndələr Palatası kəşfiyyatdan ölkədə 2016-cı ildə keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsi barədə hesabat tələb edəcək.
     
    Bu məsələ 2018-ci ildə kəşfiyyata ayrılacaq maliyyə vəsaitinə dair qanun layihəsində əksini tapıb. Layihə Konqresin saytında yerləşdirilib. 

    Muxalifet - 29-07-2017

  18. ​Moldova Rusiyadan qoşunlarını Dnestryanı ərazidən çıxarmağı tələb etdi

    Moldova hökuməti Dnestr regionunda sülhməramlı missiyanın 25 illiyi ilə əlaqədar bəyanatla çıxış edib.
    APA-nın verdiyi məlumata görə, bəyanatda separatçıların nəzarətindəki ərazidə olan Rusiya Federasiyası sülhməramlı kontingentinin beynəlxalq təşkilatların mülki müşahidəçiləri ilə əvəzlənməsi tələbi əksini tapıb.

    Muxalifet2 - 29-07-2017

  19. ​Futbol matçında FACİƏ – AZI 2 NƏFƏR ÖLDÜ

    CAR-ın Yohannesburq şəhərində keçirilən futbol oyunu zamanı düşən basırıq nəticəsində ən azı 2 nəfər həyatını itirib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, insident 87 min nəfərlik "FNB Stadium"da keçirilən "Kayzer Çifs" və "Orlando Payrets" klubları arasında oyun zamanı baş verib.

    Muxalifet2 - 29-07-2017

  20. Kliçko-Coşua revanş qarşılaşmasının vaxtı bəlli oldu

    İdmançıların görüşü 2017-ci il noyabrın 11-nə nəzərdə tutulub
     
    Britaniyanın nüfuzlu "BoxRec" boks portalında ukraynalı Vladimir Kliçko və britaniyalı Entoni Coşua arasında revanş qarşılaşmasının keçiriləcəyi barədə məlumat yer alıb.
    İdmançıların görüşü 2017-ci il noyabrın 11-nə nəzərdə tutulub.
    Döyüş Las-Veqasın məşhur "t-Mobile arena" stadionunda keçirilməlidir.
    Boksçular arasında Londonun "Uembli" stadionunda baş tutan ilk döyüş zamanı Coşua Kliçkonu iki dəfə nokauta salıb.

    Muxalifet - 29-07-2017

Pages