"Vaşinqton Pxenyana qarşı güc tətbiq etməyə hazırdır" – ABŞ generalı

Şimali Koreya regionda sabitliyə ən aşkar təhlükə olaraq qalır
 
Birləşmiş Ştatların Silahlı Qüvvələri zərurət yaranarsa, KXDR-in hərəkətlərinə cavab olaraq güc tətbiq etməyə həmişə hazırdır.
TASS xəbər verir ki, bunu bazar günü ABŞ Hərbi Hava Qüvvələrinin Sakit okean üzrə komandanı general Terrens O'Şonessi bildirib.
"Şimali Koreya regionda sabitlik üçün ən aşkar təhlükə olaraq qalmaqdadır", - deyə "Fox News" telekanalı generalın sözlərini sitat gətirib.
O'Şonessi vurğulayıb ki, KXDR probleminin həllində "diplomatiya prioritet olaraq qalır".
Onun sözlərinə görə, bununla yanaşı, Vaşinqton öz müttəfiqləri qarşısında "məsuliyyət daşıyır", "dönməz sədaqət nümayiş etdirir", eyni zamanda "pis ssenariyə hazırlaşır".
"Əmr olsa, biz öz seçəcəyimiz yerdə sürətli, məhvedici və dağıdıcı güclə cavab verməyə hazırıq", - deyə general bildirib.