İrandan ABŞ-a təhdid: Nüvə anlaşmasından çıxa bilərik

Tehran Vaşinqtonu sazişin icrasını pozmaq cəhdində ittiham edib
 
İranın xarici işlər nazirinin müavini Abbas Araqçi bildirib ki, xərclər gəlirləri üstələyəcəyi təqdirdə, ölkəsi Birgə əhatəli fəaliyyət planı (BƏFP) haqqında sazişi tərk edə bilər.
Bundan başqa, Arakçı Vaşinqtonu sazişin şərtlərinin yerinə yetirilməsini pozmaq və bunda məsuliyyəti Tehranın üzərinə atmaq cəhdində ittiham edib.
"İran İslam Respublikası BƏFP-yə o, ölkənin xeyrinə xidmət edəcəyi müddətcə riayət edəcək", - deyə o bildirib.