Axtarış

The search found 105785 results in 0.064 seconds.

Search results

  1. Ağstafada arvadını öldürən şəxs polisə təslim olub - TƏFƏRRÜAT

    Ağstafa rayonunda arvadını öldürən şəxs könüllü olaraq polisə təslim olub.
     
    Rayonun rayonun Qırlı kənd sakini, 1978-ci il təvəllüdlü Arzu Namazov həyat yoldaşı 1988-ci il təvəllüdlü Xəyalə Namazovanı bıçaqlayaraq qətlə yetirib.
    Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Rayon ərazisində tikintidə usta işləyən A.Namazov arvadının başqa kişi ilə görüşməsindən şübhələnib. Səhər saatlarında məsələ ilə bağlı mübahisə yaranıb və bu zaman ona bir neçə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

    Muxalifet - 28-07-2017

  2. Kirayə qaldığı evdən oğurluq edən qadın TUTULUB

    İyulun 26-da Bakı şəhər sakini olan qadın son bir ay ərzində Səbail rayonu ərazisində yaşadığı mənzildən pulunun oğurlanması barədə Daxili işlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi”nə müraciət edib.
     
    DİN-dən verilən məlumata görə, məlumatla əlaqədar Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu həmin ünvana gəlib, hadisə yeri müayinə olunub, müvafiq araşdırmalar aparılıb.
    Ev sahibəsi izahatında gizli saxladığı pulunun içərisindən bir hissəsinin - 3350 manatının çəkilərək oğurlanmasını bildirib.

    Muxalifet - 28-07-2017

  3. Ukraynada erməni nazirin müavini rüşvət alarkət TUTULDU

    Ukrayna hüquq-mühafizə orqanları ölkənin daxili işlər nazirinin müavini Vadim Troyanı 77,2 min dollar rüşvət almaqda şübhəli bilərək tutub.
     
    UNN agentliyi xəbər verir ki, Ukrayna daxili işlər naziri Arsen Avakovun müavini Vadim Troyan rüşvət alarkən tutulub.
    Məlumata görə, bir müddət əvvəl Arsen Avakov dövlətin yuxarı eşalonunda cinayətkarlığın yolverilməz olduğunu bildirib.

    Muxalifet - 28-07-2017

  4. 36 yaşlı kişi analığını qətlə yetirib – NEFTÇALADA

    Neftçala rayonunda qətl hadisəsi baş verib.
     
    Hadisə rayonun Xolqarabucaq kəndində qeydə alınıb.
     Kənd sakini, 1981-ci il təvəllüdlü Səfərov Əlibala Bayramağa oğlu analığı, 1971-ci il təvəllüdlü Mərdiyeva Bahar Mirzəağa qızını bıçaqla qətlə yetirib./apa

    Muxalifet - 28-07-2017

  5. Bakıda 12 yaşlı qız itkin düşüb

    Bakıda 12 yaşlı qız itkin düşüb.
     
    Hadisə Binəqədi rayonunda qeydə alınıb. Rayonun Goradil bağlarında yaşayan  2005-ci il təvəllüdlü A. Zeynalabdinovanın itkin düşməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında axtarışlara başlanıb.

    Muxalifet - 28-07-2017

  6. Qarabağda yüksək müharibə riski: Azərbaycan bu dəfə aviasiyasını işə salacaqmı

    Bu gün Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağın statusu və ərazilərin qaytarılması məsələsində ziddiyətlər o qədə dərindir ki, üfüqdə heç bir nizamlanma əlamətləri görünmür.
     
    Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor”un məruzəsində bildirilir.

    Muxalifet - 28-07-2017

  7. Azərbaycan güləşçiləri etiraz aksiyası keçirdi...

    Azərbaycan pəhləvanları avqustun 21-dən 26-dək Parisdə keçiriləcək dünya çempionatını boykot etmək niyyətindədirlər.
     
     Bu, onların uzun müddətdir maaş ala bilməmələri ilə əlaqədardır. Bu səbəbdən də pəhləvanlar məşqlərdən imtina edir və planet birinciliyində çıxış etmək istəmirlər.
    Bu gün Azərbaycanın yığmasının üzvləri milli komandanın Excelsior mehmanxanasında yerləşən bazasınnın yanında etiraz aksiyası keçiriblər. Aksiyada məşhur idmançılar – olimpiya çempionu Toqrul Əsgərov, Hacı Əliyev və başqaları da iştirak ediblər

    Muxalifet - 28-07-2017

  8. İsrail nazirinin Ermənistana müəmmalı səfəri

    İsrailin regional əməkdaşlıq naziri Tsaxi Haneqbi Ermənistana 3 günlük səfərə gəlib. Səfər Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın dəvəti əsasında baş tutub.
     
    Ermənistan mətbuatının verdiyi xəbərə görə, Haneqbi son 10 ildə Yerevanı rəsmi şəkildə ziyarət edən ilk israilli nazirdir.
    Haneqbi özü 2003-2006-cı illərdə Ariel Şaron kabinetində xüsusi xidmət orqanlarının faəliyyətini kurasiya edən nazir olub. Bundan başqa, 2006-2010-cu illərdə o, İsrail parlamenti Knessetin təhlükəsizlik və beynəxalq münasibətlər komissiyasının sədri olub.

    Muxalifet - 28-07-2017

  9. Alla Puqaçovanın nəvəsinin toyu oldu - Video

    Dünən Alla Puqaçovanın nəvəsi, müğənni Kristina Orbakaytenin oğlunun toy mərasimi keçirilib.
     
    Orbakaytenin iş adamı Vladimir Presnyakovdan olan nikahından doğulmuş 26 yaşlı Nikita Presnyakov Alyona Krasnova adlı bir xanımla ailə qurub.
    150-dən artıq qonağın qatıldığı məclisdə Vladimir Presnyakov hazırkı xanımı və oğlu ilə, Alla Puqaçova əri Maksim Qalkinlə, əkizləri Harri və Liza ilə birlikdə iştirak edib.
    Qeyd edək ki, Alla Puqaçova və Maksim Qalkin Bakıda keçirilən “Jara-2017” musiqi festivalında iştirak etmək üçün Bakıya gəlir./teleqraf.com

    Muxalifet - 28-07-2017

  10. "ABŞ Rusiyaya siyasi müharibə elan etdi" - Puşkov

    ABŞ senatının Rusiyaya qarşı sanksiyaları qanuniləşdirməsi Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Aleksey Puşkovu hiddətləndirib.
     
    Puşkov bu barədə öz Tvitter hesabından açıqlama paylaşıb.
    O bildirib ki, senatın sanksiyaları qanuniləşdirməsi ilə ABŞ Rusiyaya siyasi müharibə elan edib:
    “Yeni sanksiyaları coşğu ilə dəstəkləyən ABŞ senatı sanksiyaların doğuracağı nəticələdən narahat deyil. Bu 6-cı hissini itirən böyük bir dövlətin siyasi müharibə elanıdır”.

    Muxalifet - 28-07-2017

  11. Putin dünyada ən zəngin insandır – Brauder

     “Hermitage Capital Management” investisiya fondunun baş direktoru Uilyam Brauder ABŞ senatının Hüquq məsələləri üzrə komitəsində keçirilən dinləmələr zamanı Vladimir Putini dünyanın ən varlı insanı adlandırıb.
     
    Bu barədə CNS Nyus informasiya yayıb.
    “Mən Putini dünyanın ən zəngin insanı hesab edirəm. Fikrimcə onun sərvəti təxminən 200 milyard dollara bərabərdir. Onun sərvəti bütün dünyada saxlanılır – ABŞ bankları və bütün digər ölkələrdə”, - Uilyam Brauder bildirib.

    Muxalifet - 28-07-2017

  12. “Bank of Baku”-dan müəmmalı əməliyyat

     Bakı şəhər sakininə Portuqaliyadan gələn pulu bankdan naməlum şəxs aparıb.
     
    Hadisə Xətai rayonunda baş verib.
    Belə ki, Portuqaliyada yaşayan Qızxanım İbrahimova oğlu, Bakı sakini Emil İbrahimova 10 min ABŞ dolları məbləğində pul göndərib. Lakin həmin pulu “Bank of Baku”nun Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 152 C ünvanındakı ofisindən naməlum şəxs çıxarıb. Bundan xəbər tutan E.İbrahimov polisə müraciət edib.
    Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

    Muxalifet - 28-07-2017

  13. Rumıniya Roqozinin olduğu təyyarənin uçuşunu qadağan edib

    Təyyarə Moskvaya doğru uçub
     
    Rumıniya hakimiyyəti Kişinyov marşrutu üzrə uçan və göyərtəsində Rusiyanın baş nazirinin müavini Dmitri Roqozinin olduğu sərnişin təyyarəsinə ölkənin hava məkanından keçməyə icazə verməyib.
    RİA "Novosti"nin verdiyi məlumata görə, bu barədə Rusiyanın Moldovadakı səfiri Farit Muxametşin bildirib.
    O deyib ki, təyyarə Moskvaya doğru uçub: "Rusiya hakimiyyəti onun harda eniş edəcəyi barədə qərar verəcək."
    Bu hadisə ilə əlaqədar Kişinyov-Moskva marşrutu ilə uçan təyyarəyə minik dayandırılıb.

    Muxalifet - 28-07-2017

  14. Baş Prokurorluq sayt rəhbərliyinə növbəti dəfə xəbərdarlıq etdi

    Saytda qərəzli və dəqiqləşdirilməmiş informasiyalar dərc edildiyi müəyyənləşib
     
    Baş Prokurorluqda aparılmış araşdırmalarla “Moderator.az” informasiya agentliyinin internet saytında qərəzli və dəqiqləşdirilməmiş informasiyalar dərc edildiyi müəyyənləşib.

    Muxalifet - 28-07-2017

  15. İlham Əliyev ali mükafata layiq görüldü

    Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın yalnız dövlət xadimlərinə, prezident və baş nazirlərə təqdim olunan ən önəmli mükafatı – "Beynəlxalq İsa bəy İshakoviç 2017" mükafatına layiq görülüb.
     
    BakuPost.az-ın məlumatına görə, bu barədə Bosniya KİV-ləri məlumat yayıb.
    İsa bəy İshakoviç Beynəlxalq Mükafat Komitəsinin sədri, akademik Lyubomir Berberoviç məlumatı təsdiq edərək bildirib ki, qərar səs çoxluğu ilə qəbul edilib.

    Muxalifet - 28-07-2017

  16. İdmançılara qayğıdan dəm vuranlara güləşçilərimizdən tutarlı ETİRAZ

    Bu gün güləşçilər Bakıda etiraz aksiyası keçirib.
     
    azxeber.com xəbər verir ki, tanınmış olimpiya çempionları, idmançılar Güləş Federasiyasının qarşısına toplaşıblar. Onlar Güləş Federasiyasının idmançılara qarşı biganəliyindən şikayət ediblər. Uzun müddətdir ki, maaş üzünə həsrət qalan güləşçilərimiz, şəraitsizlikdən də şikayət ediblər.
    Dünya çempionu Rəsul Çunayev 15 aydır ki, maaş ala bilmədiklərini və dünya çempionatına 3 ay qalmasına baxmayaraq, şəraitsizlikdən hazırlaşa bilmədiklərini söyləyib:

    Muxalifet - 28-07-2017

  17. Trampın komandasında ağır küçə söyüşləri – Növbəti qalmaqal

    Ağ Evdə yeni qalmaqal baş verib.
     
    Birləşmiş Ştatlar Ağ Evin yeni kommunikasiya direktoru Entoni Skaramussinin prezidentin yaxın komandasına ağır təhqirləri ilə çalxalanır.
    "The New Yorker" jurnalının müxbiri Rayan Lizza ilə telefonda danışan Skaramussi Trampın xüsusi işlər üzrə müdiri Rayns Pribusu "paranoik şizofren" adlandırıb. Pribusun bu yaxınlarda istefa verəcəyini bildirən Skaramussi onun bu yaxınlarda prezident əleyhinə kampaniya aparacağını da gözlədiyini bildirib.

    Muxalifet - 28-07-2017

  18. Hikmət Hacızadə: Putin xəbərdarlıq edib

    Müsahibə
    Rusiya mediasının məlumatına görə, prezident Vladimir Putin Rusiya və Ermənistan birgə qoşun qrupunun yaradılması barədə hökumətin təklifini təsdiq edib.
     
    İki ölkə arasında müvafiq sənəd 2016-cı il noyabrın 30-da Moskvada imzalanıb.
    Sənəddə deyilir ki, birgə qoşun qrupunun əsas vəzifəsi Rusiya və Ermənistanın quru sərhədlərini qorumaq və postsovet dövlətlərinin regional hərbi alyansı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində işləməkdir.

    Muxalifet - 28-07-2017

  19. Saakaşvili etirazlar dalğasında Ukraynaya qayıtmaq niyyətindədir - MÜSAHİBƏ

    Prezident Poroşenko tərəfindən Ukrayna pasportundan məhrum edilmiş Mixail Saakaşvili BBC-ə müsahibəsində deyib ki, "insanların səfərbərliyi" nəticəsində ölkəyə qayıtmaq və pasportunu geri almaq niyyətində qərarlıdır.
     
    "Mən Ukraynaya qayıdacağam, çünki insanlar səfərbər olacaq, biz onsuz da insanları payız üçün səfərbər etmək istəyirdik", - müxalifətin bir hissəsinin planlarını nəzərdə tutan Mixail Saakaşvili BBC müxbiri Yuri Vendikə deyib.

    Muxalifet - 28-07-2017

  20. ABŞ kürd terrorçularını silahlandırmağa davam edir

    Müxətlif çaplı 235 ədəd top, 100 ədəd snayper tüfəngi və sair göndərilib
     
    ABŞ 22 gün ərzində terrorçu PKK-nın Suriyadakı qoluolan YPG və PYD-yə 626 TIR dolu silah-sursat və hərbi texnika verib.
    Bu barədə "Anadolu" agentliyinə Suriyanın Haseke rayonundan bildirilib.
    Məlumata görə, təkcə iyulun 22-də 100, iyulun 27-də isə həmin terrorçu qruplaşmaya 80 TIR sillah təhvil verilib.

    Muxalifet - 28-07-2017

Pages