Axtarış

The search found 105785 results in 0.017 seconds.

Search results

  1. Bakıda supermarket rəhbərliyi oğrunu döyüb ət soyuducusuna saldı — ŞOK İDDİA

    Paytaxtın Xətai rayonu ərazisində fəaliyyət göstərən “Fresh” market rəhbərliyi mağazadan oğurluq edən şəxsi özü cəzalandırıb.
     
     “Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, təqribən 10 gün öncə Novruz Sədiyev adlı şəxs tanışı Firuz Qəhramanovla bir yerdə adıçəkilən marketdən 3 ədəd bahalı təraş ülgücü oğurlayarkən market işçiləri tərəfindən saxlanılıb. Bu zaman oğurluq edən Novruz Sədiyev pul gətirmək üçün evə yollanıb. Yanındakı Firuz Qəhramanov isə market rəhbərliyi tərəfindən girov saxlanılıb.

    Muxalifet - 28-07-2017

  2. ARB TV-nin çəkiliş qrupuna hücum etdilər — VİDEO

    Yevlax Mərkəzi Rayon Xəstəxanasında yanğın baş verib.
     
    ARB TV xəbər verir ki, 4-cü mərtəbədə baş verən yanğın səbəbindən xəstəxananın həkim heyəti və xəstələr təxliyyə olunublar.
    Onlar Ağdaş, Mingəçevir və Gəncədəki tibb müəssisələrinə köçürülüblər.
    Hadisə yerinə gələn və yanğını işıqlandıran ARB TV-nin çəkiliş qrupuna özlərini xəstəxananın əməkdaşları adlandıran şəxslər hücum ediblər.
    Telekanal əməkdaşlarına zor tətbiq edərək, çəkilişə mane omağa çalışaraq, texniki avadanlıqlara da zərər yetiriblər.

    Muxalifet - 28-07-2017

  3. Merkel zəng etdi, Yunker telefonu söndürdü

    Avropa İttifaqı Komissiyasının sədri Jan Klod Yunker Angela Merkelin telefon zənginə cavab verməyib.
     
    Hadisə Brüssel şəhərində baş verib.
    Yunker Slovakiyanın baş naziri Robert Fiko ilə görüşüb. Görüşdən sonra birgə mətbuat konfransı keçirib. Konfrans vaxtı Yunkerin telefonuna zəng gəlib.
    Jan Klod "üzr istəyirəm, arvadım zəng edir"-deyib. Amma telefonun ekranına baxan Avropa rəsmisi zəng edən şəxsin həyat yoldaşı olmadığını anlayıb.

    Muxalifet - 28-07-2017

  4. Ermənilərin yük maşını Qarabağda minaya düşdü

    Azərbaycanın işğal altında olan Xocavənd rayonunun Novruzlu yaşayış məntəqəsində ermənilərə məxsus ZİL-130 yük maşını tank əleyhinə minaya düşərək, partlayıb.
     
    Ermənistan mediası xəbər verir ki, partlayışın dünən saat 11:30 radələrində baş verdiyi bildirilir.
    Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd edilir. Maşının sürücüsü və iki sərnişin Xocavəndə çatdırılıblar.

    Muxalifet - 28-07-2017

  5. Erməni məmuru arvadı və oğlu öldürübmüş

    Ermənistanın Armavir vilayətinin qubernatorunun müşaviri Manuk Simonyanın öldürülməsinini  bəzi təfərrüatları açıqlanıb.
     
    Ermənistan mediası xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, hadisəı ilə əlaqədar iki nəfər saxlanılıb.
    Məlumata görə, Simonyanın qətlində onun arvadı və oğlu şübhəli bilinir, onlar artıq saxlanılıblar.
    İlkin xəbərə görə, qətlə ailədaxili münaqişə səbəb olub.
    52 yaşlı Manuk Simonyanın meyiti iyulun 25-də tapılmışdı.

    Muxalifet - 28-07-2017

  6. Azərbaycanda hər adamın 1232,1 manat xarici dövlət borcu var

    Dövlət büdcəsində 2017-ci il üçün Azərbaycan Respublikasının daxili dövlət borcunun yuxarı həddi (limiti) 1000 mln. manat, xarici dövlət borcunun yuxarı həddi (limiti) 500 mln. manat müəyyən edilib.
     
    Bu barədə Hesablama Palatasının 2017-ci ilin altı ayı üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin təhlinində qeyd edilib.

    Muxalifet - 28-07-2017

  7. Prokuror keçmiş MTN polkovnikinə cəza istədi

    Məhkəmənin istintaqının yekunlaşdığı elan olunub
     
    Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
    Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlanması təklif edilib.
    Tərəflər buna etiraz etməyib. Daha sonra məhkəmənin istintaqının yekunlaşdığı elan olunub.

    Muxalifet - 28-07-2017

  8. Şabranda 24 yaşlı qız özünü asıb, son anda...

    Şabran rayonunda sevgilisi ilə mübahisə edən qız özünü asaraq intihara cəhd edib.
     
    Hadisə şəhərin Rəşid Behbudov küçəsində yerləşən, Fərhad Ömər oğlu Əkbərova məxsus evin ikinci mərtəbəsində qeydə alınıb.
    Belə ki, həmin ünvanda ailəsilə kirayədə yaşayan, Quba rayonunun Bərqov kənd sakini, 24 yaşlı Səma Həmid qızı Məmmədova özünü evin 2-ci mərtəbəsində iplə asaraq intihar etmək istəyib. Ailə üzvləri vaxtında bunu bildiyindən Səmanı xilas edib və ona ilkin tibbi yardım göstərilib.

    Muxalifet - 28-07-2017

  9. Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsindən azad olundu

    Hazırda baş həkim vəzifəsinə təyinat olmayıb
     
    Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi, direktorun birinci müavini Həbib Yüzbaşov vəzifəsindən azad olunub.
    Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova faktı təsdiqləyərək bildirib ki, o, bir ay bundan əvvəl ərizə yazaraq vəzifəsindən gedib.
    Nazirlik rəsmisi qeyd edib ki, hazırda baş həkim vəzifəsinə təyinat olmayıb.
    Qeyd edək ki, H.Yüzbaşovun işdən azad olunması barədə xəbəri ilk olaraq unikal.org saytı yayıb.

    Muxalifet - 28-07-2017

  10. Toyda bəyi ƏQRƏB SANCIB – ŞİRVANDA

    Şirvan şəhər sakinini əqrəb sancıb.
     
    Hadisə Şirvandakı şadlıq saraylarından birində keçirilən toyda baş verib. Şadlıq sarayında toyu olan Şirvan sakini, 1990-cı il təvəllüdlü Dadaşov Elçin Eyvaz oğlunun əqrəb sancmasından sonra vəziyyəti ağırlaşıb.
     E. Dadaşov Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, müvafiq tədbirlər görüldükdən sonra evə buraxılıb.

    Muxalifet - 28-07-2017

  11. AFFA CƏRİMƏLƏNDİ – FİFA

    Dünən FİFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
     
    Ali futbol qurumu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan son oyunlardakı neqativ hallara hüquqi qiymət verib.
     FİFA bununla bağlı rəsmi saytındakı cədvəli yeniləyib.

    Muxalifet - 28-07-2017

  12. “Bakı-Supsa neft kəməri fasiləsiz işləyəcək” - Gürcüstan

     “Bakı-Supsa neft kəməri fasiləsiz işləyəcək”.
     
    Gürcüstan bürosunun məlumatına əsasən, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili deyib.
     Onun sözlərinə görə, boru kəmərinin bir hissəsinin işğal olunmuş ərazilərdə qalmasına rəğmən, dövlət onun problemsiz işləməsi üçün hər şey edir.

    Muxalifet - 28-07-2017

  13. Moldovada azərbaycanlı biznesmenləri şantaj edən və işgəncə verənlər kimlərdir...

    Moldova Baş prokurorluğu bu ölkədə fəaliyyət göstərən azərbaycanlı biznesmenləri şantaj və işgəncələrə məruz qoyan qruplaşmanın üzvlərinin həbsi barədə məlumat yayıb.
     
     Virtualaz.org xəbər verir ki, həmin qruplaşma üzvləri də azərbaycanlılardan ibarətdir, lakin adları hələlik açıqlanmır.
    Moldova Baş prokurorluğunun bildirdiyinə görə saxlanılan şəxslər azərbaycanlı biznesmenləri oğurlayıb, təhdid və şantaj edib, onları məcbur edib ki, əmlaklarını başqalarının adlarına keçirsinlər və iri məbləğlərdə pul versinlər.

    Muxalifet - 28-07-2017

  14. Jurnalistin noutbuku ABŞ senatorunun başına düşdü

    ABŞ Senatının respublikaçı üzvü Tim Skottun başına noutbuk düşüb.
     
    Virtualaz.org “The Hill” nəşrinə istinadən xəbər verir ki, “Obamacare” səhiyyə islahatlarının ləğvi məsələsinin müzakirəsinin gedişində iclas zalının ikinci mərtəbəsində əyləşmiş jurnalist qadın Hayli Bördün noutbuku senatorun başına düşüb.
    Sonradan məlum olub ki, gərgin keçmiş gündən sonra yorğun jurnalist noutbuku əlində saxlaya bilməyib və portativ kompüter düz senator Skottun başçına tuş gəlib.
    Xoşbəxtlikdən, senator xəsarət almayıb.

    Muxalifet - 28-07-2017

  15. Rusiyanın ABŞ-ın sanksiyalarına cavabı...

    ABŞ Konqresinin hər iki palatasında Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə dair qanun layihəsinin qəbulundan sonra Rusiya hökuməti bu sanksiyalara cavab vermək qərarına gəlib.
     
    “RİA Novosti” nin verdiyi xəbərə görə, avqustun 1-dən ABŞ-ın Rusiyadakı səfirliyi öz ixtiyarında olan anbarlardan istifadə edə bilməyəcək. Moskvadakı Dorojnaya küçəsində yerləşən anbarlar Rusiya hökuməti tərəfindən müsadirə olunacaq. Moskvanın Serebryanıy Bor meşə massivində yerləşən və ABŞ səfirliyinə məxsus olan bağ evi də amerikalıların əlindən alınacaq.

    Muxalifet - 28-07-2017

  16. Bakı-Tbilisi-Qars dəmiryolu oktyabrda fəaliyyətə başlayacaq

    Bakı-Tbilisi-Qars dəmiryolu bu ilin oktyabr ayında fəaliyyətə başlayacaq.
     
    Bu barədə "Qazaxıstan Dəmir Yolları"ndan məlumat verilib. Qeyd edək ki, bu dəmiryolu ilə ildə 17 milyon ton yük daşınması nəzərdə tutulub./trend

    Muxalifet - 28-07-2017

  17. Gülnarə Kərimovanın oğurladığı var –dövlətin siyahısı açıqlandı –Daşkənd 12 dövlətə müraciət etdi

    Özbəkistanın keçmiş prezidentinin qızına qarşı 2015-ci ildə ittiham irəli sürülüb və 5 il müddətinə azadlıqdan məhrum edilib.
     
    Bu barədə Özbəkistan Baş prokurorluğu məlumat yayıb.
    Strateq.az RİA-ya istinadən bildirir ki, o, hazırda həbsdədir. Açıqlamada bildirilib ki, Gülnarə Kərimovaya qarşı “külli məbləğdə dövlət əmlakının mənimsəmək, hədə-qorxu ilə pul tələb etmək” maddələri ilə ittiham irəli sürülüb.

    Muxalifet - 28-07-2017

  18. Bakıda 14 yaşlı qız qəfil öldü

    Bakıda 14 yaşlı qız qəfil vəfat edib.
     
    Hadisə Türkan qəsəbəsində baş verib. Poçt küçəsində yaşayan 2003-cü il təvəllüdlü Babayeva Tamella Azər qızının səhhətində qəfil problem yaranıb və onda yüksək hərarət müşahidə edilib. Valideynləri kömək etmək üçün təcili tibbi yardım çağırsalar da, yeniyetmə qız vəfat edib.
     Hadisənin konkret hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
     Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 28-07-2017

  19. Ərəblər Bakının mərkəzində oğurluq etdilər - 2 mağazadan...

    Bakıda turistlər tərəfindən ard-arda 2 oğurluq hadisəsi qeydə alınıb.
     
    BakuPost.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin mərkəzində - Xəqani küçəsində yerləşən Xəqani Ticarət Mərkəzində baş verib. Belə ki, ərəb turistlər ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən idman malları mağazasına daxil olaraq, satıcının olmamasından istifadə ediblər. Onlar mağazadan idman ayaqqabısı, şort və digər geyim əşyaları götürərək, oradan uzaqlaşıblar. Baş verənlər təhlükəsizlik kameraları ilə qeydə alınıb.

    Muxalifet - 28-07-2017

  20. ​ Senat Trampın “Səhiyyə qanunu”nu qəbul etmədi

    ABŞ Senatı Trampın səhiyyə barədə qanunu səsə qoyub.
     
    Eks-prezident Barak Obamanın "Obamacare" adlı qanununun böyük bir hissəsini ləğv etməyi nəzərdə tutan yeni səhiyyə qanunu Senatdan keçməyib. 51 nəfər əleyhinə, 49 nəfər isə lehinə səs verib.

    Muxalifet - 28-07-2017

Pages