ABŞ kürd terrorçularını silahlandırmağa davam edir

Müxətlif çaplı 235 ədəd top, 100 ədəd snayper tüfəngi və sair göndərilib
 
ABŞ 22 gün ərzində terrorçu PKK-nın Suriyadakı qoluolan YPG və PYD-yə 626 TIR dolu silah-sursat və hərbi texnika verib.
Bu barədə "Anadolu" agentliyinə Suriyanın Haseke rayonundan bildirilib.
Məlumata görə, təkcə iyulun 22-də 100, iyulun 27-də isə həmin terrorçu qruplaşmaya 80 TIR sillah təhvil verilib.
İyulun 5-dən 27-dək ABŞ-ın YPG və PYD-yə təhvil verdiyi silahlar arasında 12 min atvomat “Kalaşnikov”, ABŞ istehsalı olan 3 min “RPG-7” və min ədədə “AT-4” və Rusiya istehsalı olan “SPG-9” adlı tank vuran, 6 min pulemyot və 3 min 500 ağır çaplı pulemyotda var.
Ümumiyyətlə, müxətlif çaplı 235 ədəd top, 100 ədəd snayper tüfəngi və sair göndərilib.
Qeyd edək ki, Haseke hazırda terrorçu PKK-nın Suriyadakı qollarının nəzarəti alıtındadır. Silah və texnika İraqdan Suriyaya daşınaraq, orada YPG və PYD-yə təhvil verilib.
Xatırladaq ki, ABŞ-ın məsləhəti əsasında YPG və PYD adlarını dəyişərək, “Suriya Demokratik Gücləri” qoyublar.
Qeyd edək ki, ABŞ Suriyanın Rakka şəhərinin ələ keçirən terrorçu İŞİD qruplaşmasıəna qarşı mübarizə aparmaq məqsədi ilə 2016-cı ilin aprel ayından YPG və PYD-yə silah yardımı göstərir.